XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » “Bir dəfə getdim işdə olmadı, amma ondan sonra qapımı açan olmayıb...” - İmişlinin ica başçısının diqqətinə

“Bir dəfə getdim işdə olmadı, amma ondan sonra qapımı açan olmayıb...” - İmişlinin ica başçısının diqqətinə

“Bir dəfə getdim işdə olmadı, amma ondan sonra qapımı açan olmayıb...” - İmişlinin ica başçısının diqqətinə
30-03-2021, 18:30

Vətən müharibəmizdə könüllü olaraq ordu sıralarına yollanan və Füzuli uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanan Şirinov Murad Vüqar oğlu indi maddi problemlər içindədir.

M.Şirinov 1995-ci ildə İmişli rayonunda anadan olub. 2014-cü ildə əsgəri xidmətinə yollanıb və həm də 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısı olub.

Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı Murad deyib ki, o, iki yaşlı övladını ana və həyat yoldaşını kirayə yaşadığı evdə qoyaraq Vətən müharibəsinə yollanıb. Murad əvvəl tikintidə fəhlə işlədiyini deyib:

“Bakıda 350 manata kirayədə yaşayıram. Oğlumun iki yaşı var, anam da bizimlə yaşayır. Əvvəl kirayə pulum 450 manat idi, sonra döyüşçü olduğumu bildib 100 manat güzəşt etdilər. “Yaşat” Fondu tərəfindən müalicələrim üçün 2500 manat pul verildi. Müalicələrimə min manat da özümdən xərclədim. Füzulidə gedən döyüşlərdə ağır yaralanmışam. Onurğa sütunmda qəlpələr və çatlar var. Sol gözüm otuz faiz görür və sağ qulağım isə eşitmir. Bir sözlə, sağ tərəfim işləmir. Əlilliyimin təyin olunması üçün bütün sənədlərimi təqdim etmişəm və gələn ayın axırında nazirliyik bunu təyin edəcək”.

Qazimiz İmişlidə anadan olsa da, Bakıda yaşayır. Amma bir dəfə də İmişli rayon İcra Hakimiyətinin başçısının qəbuluna getdiyini deyib:

“Bir dəfə İmişli rayon icra hakimiyyətinin başçısının qəbuluna getdim, amma işdə olmadı. İcra Hakimiyyətindən bir dəfə də olsun qapımı açan olmayıb. Nə gələn var, nə də gedən. Mən İmişlidə Yeni Azərbaycan Partiyasının üzvüyəm. Adam heç olmaya döyüşlərdə yaralanan bir adamla maraqlanar. Əlim-ayağım işləsəydi, gedib işləyərdim. Mən işsiz qalan adam deyiləm. Əvvəl vəziyyətim o qədər ağır idi ki, həkimlər heç yeriməyimə zəmanət vermirdilər. İndi isə heç bir gəlir yerim yoxdur, əlilliyim təyin olunana qədər köməyə ehtiyacım var”.

Qazimizin hesab nömrəsini və ünvanını da təqdim edirik:
Kapital Bank: 4169738520198486
SIRINOV MURAD
Ünvan: Razin, Akkordun binası
Tel: 0554795152

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.