XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!

Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!

Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!
19-03-2021, 13:04

"10 ildir N. B. Yusifbəyli küçəsinin sonu, F. X. Xoyski -1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsini “Torpaq islahatı haqqında” qanunun 14 və 19-cu , “Hərbi qulluqçuların statusu haqqında “ qanunun 12-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 13.1-ci maddələrinə əsasən əldə etmək istəyən Qarabağ qazisinin hələ də qanunla, Konstitusiya ilə qorunan hüququ təmin olunmur. Hətta 3 ildir müvafiq bələdiyyəyə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatında olsa da, hələ də baxılmayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinin Torpaq Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Xudaverdi Kərimov 10 ildir həmin sahənin bələdiyyənin balansında olduğunu rəsmi qaydada bildirsə də, son ilyarımda dövlət torpağı olması haqqında əsassız fikirlər irəli sürüb. Bu əsassızlıq torpağın konkret hansı dövlət qurumuna aid olduğuna cavab verilməməsindən də qaynaqlanır. Eyni zamanda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən, bələdiyyənin dövlət torpağının mülkiyyətinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmaq səlahiyyəti vardır. Yəni, torpağın dövlət və ya bələdiyyə mülkiyyətində olması Qarabağ qazisinin torpaq hüququnu əngəlləməyə əsas vermir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələbinə görə, icra hakimiyyəti orqanlarının bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam vermək hüququ yoxdur, sözügedən hüquq müstəsna qaydada bələdiyyələrə məxsusdur. ƏMDK -nın sözügedən xidmətinin rəis müavini Rafiq Süleymanovun göstərişi ilə Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ. Şərifov məhkəməyə saxta rəy veriblər ki, guya torpaq sahəsi dövlətin mülkiyyətindədir. İndiyədək nə məhkəmənin özü, nə Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi, nə də hüquq mühafizə orqanları-polis, prokurorluq bu mütəşəkkil cinayətkarlığa hüquqi qiymət verilməsini təmin edir. Deyəsən, torpaq alverində hərənin öz payı var, bircə qanuni ikiqat payı olan Qarabağ qazilərindən başqa. Elə bu “payçılığın” sonuncudur ki, şəhər icra hakimiyyətinin müavini (Yusif Sadıqov ) açıq-aşkar mətnlə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1 maddəsinə axıracan oxumayıb, bu səbəbdən qanunu yanlış izah və tətbiq edərək Qarabağ qazisinə hərracdan torpaq tapmağı məsləhət görüb. Belə bəlli olur ki, torpağın “fatihəsi oxunub” , “hərisi”ni oliqarxlar alıb. Deyəsən, iş məhkəmədə ola-ola məmur oliqarxlar qanunsuz qazıntı işlərinə də başlayıblar. Qazinin də gücü ali dövlət hakimiyyəti orqanlarına, baş prokurorluğa şikayət etməyə çatır.

İstənilən halda, torpaq, onun uğrunda vuruşanın qanuni haqqıdır, məmur -oliqarxın alver obyekti deyil".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.