Bu xidmətə görə dövlət rüsumu ödənməyəcək
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Qanuna aşağıdakı məzmunda 27.5-ci maddə əlavə edilib:
"27.5. "Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4.3-cü və 20-ci maddələrinə uyğun olaraq müvafiq məlumatların və sənədlərin əldə edilməsinə görə dövlət rüsumu tutulmur.”.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
“Aqrar sığorta haqqında” qanunun sözügedən maddələri:
13.4.3. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlar.
20.Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər (bu Qanunun 13.5-ci maddəsi nəzərə alınmaqla) aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu əsasında təqdim edilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır