SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali Məhkəmə 15 aydır qərarını verməkdən imtina edir - NARAZILIQ!

Ali Məhkəmə 15 aydır qərarını verməkdən imtina edir - NARAZILIQ!

Tarix:

22-06-2021, 19:58

/ 546 dəfə oxundu.
Ali Məhkəmə 15 aydır qərarını verməkdən imtina edir - NARAZILIQ!

"Ağsu rayonu , Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinə qarşı rayon icra hakimiyyətinin, kənd icra nümayəndəliyi və bələdiyyəsinin torpaq dələduzluğuna hələ də hüquqi qiymət verilməyib. Təsəvvür edin, qazinin dədə-babasının saldığı kənddə torpaq yiyəsi olmasına imkan verilmir. Halbuki, PA-dan 1997-ci ildə Ağsu rayon icra hakimiyyətinə kəndin yeganə zabit Qarabağ əlilinin torpaq sahəsi ilə təmin edilməsinə tapşırıq verilib . 24 ildir Qarabağ qazisi kənd məscidinin altındakı ortalıq 50 sotluq sənədsiz istifadə etdiyi torpağı sənədləşdirə bilmir! 2019-cu ildə Ağsu RİH başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyəyə aid torpağı ələ keçirib və Heydər Əliyev fondunun dəstəyi ilə uşaq bağçası tikintisinə başlayıb". Bu barədə DİA,AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Nə “Torpaq islahatı haqqında” qanunun 14 və 19-cu maddələri, nə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13.1.1 maddəsi, nə “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsi ilə doğrulanan Qarabağ əlillərinin torpaq haqqı tanınıb! Rayonu “ tamahının icarəsinə” götürən icra başçısı göstərişin Heydər Əliyev fondunun icraçı direktoru Anar Ələkbərovdan gəldiyini bildirib. Fond rəhbərliyinə müraciət edən qazinin şikayəti aidiyyatı üzrə Ağsu RİH -ə göndərilib və oradan müavin İqbal Mikayılovun illərdir verilən cavabı təkrar olunub : “HEYDƏR ƏLİYEV FONDUNDAN DAXİL OLAN MÜRACİƏTİNİZƏ ƏSASƏN BİLDİRİRİK Kİ, İSTİFADƏNİZDƏ OLAN TORPAĞIN ALINMASI, BAŞQASINA VERİLMƏSİ MÜZAKİRƏ MÖVZUSU DEYİL. “ Qazıntı işlərinin dayandırılmaması qazinin Şəki İnzibati Məhkəməsində Ağsu RİH (başçısı) , Pirhəsənli icra nümayəndəliyi və bələdiyyəsinə qarşı iddia qaldırması ilə sonuclanıb. Öncə hakim İLQAR CABBAROV tərəfləri çağırmadan, hüquqi yardım etmədən iddianı mümkün saymayıb və Şəki Apellyasiya Məhkəməsi (GÜNDÜZ ABBASOV, RÖVŞƏN RƏFİYEV, MÜBARİZ HÜSÜEYNOV) də notariat kontoru kimi bu qərardadı qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti verməyə Ağsudan ayrılan vəkil Ziya Kazımov 2 ildir şikayəti yazmadığından , hələ də “ali son qərar” verilməyib. Əlilin yeni iddiası hakim Rüfət Azadəli oğlu Məcidova verilib və bu hakim də (!) tərəfləri çağırmadan iddianı mümkün saymayıb ki, İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI “FİZİKİ ŞƏXS”DİR! DƏHŞƏTLİ RƏZALƏTƏ BAXIN, MƏHKƏMƏ HAKİMİ “VƏZİFƏLİ ŞƏXS”LƏ “FİZİKİ ŞƏXS”İ AYIRA BİLMİR! (?) Daha dəhşətlisi odur ki, ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ (sədrlik edən VƏZİRXAN MƏLİKOV, hakimlər ELÇİN HÜSEYNOV, AYAZ MAHMUDOV) də İCRA BAŞÇISININ “FİZİKİ ŞƏXS” OLDUĞUNU QÜVVƏYƏ MİNDİRİB. Dəhşətli məhkəmə RƏZALƏTİ Ali Məhkəmədə də daha ALİ HOQQA İLƏ SÜRÜR. KƏMALƏDDİN BƏDƏLOVUN sədri olduğu heyət 17.03.2020 TARİXLİ ÖZBAŞINALIĞI QÜVVƏDƏ SAXLAYAN QƏRARINI 15 AYDIR VERMƏKDƏN İMTİNA EDİR!

Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağanın cavabdeh Ağsu RİH başçısının telefon zəngi ilə edilməsi ehtimal edilir. Ali icra hakimiyyəti orqanının məsələyə münasibəti başçının işdən çıxarılmasında əks olunub və 30.09.2019-cu ildən başçılıq edən Vahid Tağıyev (27.11.2020-ci ildə koronavirusdan dünyasını dəyişib ) MTN-də bir yerdə çalışdığı , on ildir ağır cinayətlərə hakimlik edən AzadƏli Məcidovun (Rüfət Məcidovun atasıdır) araçılığı ilə qazinin konstitusiya ilə doğrulanan məhkəmə təminatı hüququna elə qadağa qoydurub ki, ÜÇ İNSTANSİYANIN ÜÇÜ DƏ TƏRƏFLƏRİ ÇAĞIRMADAN İCRA BAŞÇISININ FİZİKİ ŞƏXS OLDUĞUNU QƏRARA ALIB! (?) 15 AYDIR ALİ MƏHKƏMƏ QƏRARINI VERMİR Kİ, QAZİ KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT ETSİN.

Fikir verirsinizsə, bütün proseslər əsl “kaqebe” metodu ilə, gizlin həyata keçirilib..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ