SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ

Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ

Tarix:

29-12-2020, 10:26

/ 733 dəfə oxundu.
Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ

Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”.

Bunu prezident İlham Əliyev sahibkarlarla bağlı problemlərdən danışarkən çıxışlarının birində demişdi.

Özü də dəfələrlə xəbərdarlıq edib ki, sahibkarlığa maneə yaratmaq olmaz.

Ancaq bəziləri prezidentin dediklərinə məhəl qoymur.

Korrupasiya.org-a şikayətlə müraciət edən Hüseynov Natiq Sultanağa oğlu deyir ki, qohumu Bəşirov Elşad Həmdulla oğlunun adına olan şirkəti işlədir. Vergi borcuna görə kiçik problem yaranıb, həll də olunub, ancaq məhkəmə icraçılarından canını qurtara bilmir:”
Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ


“Vergi gəlib 2019-cu ildə bizdə qalıq malı çıxardıb.Qalıq mal olduğu ucun bizə çərimə yazıb.O cərimə gecikdiyi ucun bizi verdilər məhkəməyə. Niyə gecikdi?

Çunki mənə artıq mal yazmışdılar,mən getdim vergilər nazirliyinə sübut -sənədlə malın sayını azaltdım.Ona gorə iş uzandı məhkəməyə getdi.Yenə o pulu vaxttında odədim.Qalıq pul da qalmışdı 900 manat. Onu da odədim

Ödəniş etdiyim haqda məktubunu da aldım,getdim təqdim etdim məhkəməyə.Mənə dedilər ki ,get daha sənlik hec bir şey yoxdur.Məhkəmə qərarı çıxarmamış ödəmişdim cərimələri.

Şərhlər

XƏBƏR LENTİ