SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 6 saylı Vergi İdarəsi kimə gəldi VERGİ BORCU YAZIR... - NARAZILIQ!

6 saylı Vergi İdarəsi kimə gəldi VERGİ BORCU YAZIR... - NARAZILIQ!

Tarix:

11-11-2021, 09:28

/ 598 dəfə oxundu.
6 saylı Vergi İdarəsi kimə gəldi VERGİ BORCU YAZIR... - NARAZILIQ!


Cəlilabad rayon Muğan kənd sakini Əmənov Vasif Bayramalı oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Orxan müəllim!

Mən Cəlilabad rayon Muğan kəndində yaşayıram. Hər il 60 sot torpaq sahəmə kartof əkib onunla ailəmi dolandırıram. Belə ki, 2021-ci ilin iyul ayında mənə və 50 nəfərə yaxın kənd sakinimizə vergi borcumuzun olmasıyla bağlı bildiriş gəldi. Bildirişdə deyilirdi ki, guya biz kənd sakinləri 2020-ci ildə “Land Loqistik”MMC və adını bilmədiyim başqa bir şirkətə kartof satmışıq.

Biz kənd sakinləriylə birlikdə dərhal Lənkəran 6 saylı Vergi İdarəsinə yollandıq. Orda məsələ araşdırılandan sonra məlum oldu ki, bu hansısa işbazların oyunudur və biz kənd sakinlərinin adlarından istifadə edib pul qazanıblar. Buna görə də bütün kənd sakinlərinin, həmçinin mənim də adıma göndərilən 18 min vergi borcu silindi.

Lakin aradan bir ay ötən kimi, yəni 2021-ci ilin avqust ayında mənə və həmkəndlim Şahbazov Kamal Bayram oğluna həmin vergi borcu təkrar göndərildi. Kamalın yazılan vergi borcu isə 13 min manatdır. Biz yenidən Lənkədan 6 saylı Vergi İdarəsinə üz tutduq, amma çox təəssüflər olsun ki, heç bir köməklik edilmədi.

Bundan sonra biz Bakı şəhərinə üz tutduq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olduq. İdarədə əməkdaşınız Tərlan Əzizovun qəbulunda olduq. T.Əzizov bizə dedi ki, gedin şirkətləri məhkəməyə verin. Axı bu problemdən çıxış yolu deyil. Mən niyə tanımadığım bir şirkəti məhkəməyə verib, yollarda xərc çəkməliyəm?! Əgər bu vergi borcu bizə qəsdən göndərilməmişdisə, niyə əvvəldə bütün sakinlərin, həmçinin mənim də adıma gələn vergi borcu silindi. Bəs görən bu nə oyundur ki, 50 nəfərə yaxın sakinin içindən yalnız biz iki nəfərə həmin vergi borcu təkrar göndərilib. Mənə deyirlər ki, guya 550 min manatlıq kartof satmışam. Belə özbaşınalıq olarmı?! Bu gün həmin problemə görə ölkədən çıxışım bağlanıb. Bank kreditlərimi ödəyə bilmirəm.

Biz sizdən xahiş edirik ki, problemimizi həll edilməsinə yardımçı olasınız, mənim və həmkəndlik Şahbazov Kamal Bayram oğlunun adına göndərilən saxta vergi borcunun birdəfəlik silinməsi üçün göstəriş verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.

Şərhlər

XƏBƏR LENTİ