XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Oğuzda meşələrin soyqırımına Ekologiya nazirliyi niyə göz yumur? – MÜRACİƏT

Oğuzda meşələrin soyqırımına Ekologiya nazirliyi niyə göz yumur? – MÜRACİƏT

Oğuzda meşələrin soyqırımına Ekologiya nazirliyi niyə göz yumur? – MÜRACİƏT
8-12-2020, 12:40

Oğuz rayonun Muxas kənd sakinləri Musayev Hümbət Sirac oğlu və Əkbərov Asim Əhmədiyyə oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş naziri cənab Ə.Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə, Baş prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə,Ombudsman Aparatının rəhbərinə və mətbuat orqanlarına müraciət ünvanlanıb.

Aktualinfo.org sözügedən müraciəti olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin işğal edilmiş torpaqlarımızın mənfur ermənilərdən azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni bütün kənd camaatımız dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik.

Cənab Ali Baş Komandan Sizlərin bir tərəfdən murdar ermənilərə qarşı mübarizəyə başınız qarışıb, digər tərəfdən Covid-19 xəstəliyinə qarşı. Bu fürsətdən istifadə edən Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı rəhbər və üzvləri meşələrimizi çox bərbad şəkildə qırdırırlar, məhv edirlər. Buna missal olaraq yaşadığımız Oğuz rayonun Muxas kənd meşələrinin gözətçisi işləyən Həkimova Bənövşənin çoxsaylı qanunsuzluqlarını göstərmək olar. Bu Bənövşə hal-hazırda istintaq altında olan sabiq Qəbələ Regional Meşə Təsəsrrüfatı müdiri olmuş İlqar Qəribovun təyin etdiyi biridir. İ.Qəribov onu həmişə at belində meşələri qoruyan biri kimi təqdim edib çəkilişlər etdirib televizorlarda göstərtdidrdi. Guya xanım meşə gözətçisi meşələri belə qoruyurmuş…Ancaq bu heç də belə deyil. İstər Muxas kənd, istərsə də digər qonşu kənd meşələrində ( Filfili, Xaçmaz kəndləri) bir neçə ay əvvəl Ekologiya Nazirliyindən gələn yoxlamalar vicdanla yoxlama aparsaydılar belə adamlara ən ağır cəzlar verilərdi. Ətraf Mühitin əməkdaşı olan Süleymn adlı birisi açıq-aşkar meşələrin regionda kütləvi qırılmasına göz yumur. Bir rəhbər olaraq bu adam heç meşəyə getmək və baxmaq belə istəmir. Ekologiya əməkdaşları Anar və Rasim isə guya yoxlama üçün həmin əraziyə gedirlər . Biz də həmin yerə gedirik. Rasim bizi görüb artistlik edərək meşə işçilərinə dəflərlə zəng edir,onlar isə meşəyə gəlmirlər. Anar və Azad adlı meşə işçiləri bizimlə qaldılar. Və sonda cəmisi müxtəlif diametrli 90 ədəd ağac qeyd etdilər. Və nədənsə həmin ağacların hamısının guya son 15 gün qabaq kəsilmiş kimi qeyd etdilər. Buna görə də 1300 manat cərimə aktı yazdılar. Vəssəlam. Ona görə də meşə gözətçisi Bənövşə deyir ki, heç kim mənə heç nə edə bilməz. Ekologiyadakılar, Meşə Təsərrüfatının rəhbər işçiləri də mənim arxamdadırlar, kimi istəsəm şərləyərəm, tutdurararm.

Hal-hazırda həmin meşənin kəsilmiş ağacları kraska ilə işçilər tərəfindən rənglənir.Bununla demək istəyirlər ki, guya sahə müdiri xəstə imiş və həmin ağacları da damğalamağa danıqa yox imiş. Soruşan yoxdur ki, idarədə başqa br vəzifəli şəxs yoxdurmu ki, ağaclara tələb olunn qaydada damqa vursunlar. Əslində son aylarda təkcə Muxas meşəsində 90 yox, minlərlə belə təzə qiymətli ağaclar kəsilib satılıb. Oğuz və Qəbələ meşələrinin hamısı eyni vəziyyətdədir. Əvvəlki Qəbələ Regional Meşə müdiri olmuş İ.Qəribov hazırda istintaqda olsa da onun gəstərişləri ilə onu əvəz edən Əlizadə Aləm bütün meşələrdəki yararlı ağacların hamısını kəsdirib satılmasını yerinə yetirir. Və gözdən pərdə asmaq üçün tapşırıq verir ki, kəsilən bir neçə ağacın kötüyünü qırmızı rəngləsinlər. Və cüzi miqdarda cərimə yazmaqla işini bitmiş hesab edirlər.

Cənab Prezident biz Sizdən çox xahiş edirik ki, lazımi qurumlara öz sərt tapşırığınızı verəsiniz ki, ekspert qrupu tərtib etsinlər O zaman məlum olar ki, meşə gözətçisi Bənövşə və ona himayədarlıq edənlər dövlətə nə qədər ziyan vurublar.

Sonda onu da müqyisə üçün qeyd etmək istəyirik ki, Oğuzdakı kimi dövlət malına nankorluq edənlərlə Laçında, Kəlbəcərdə ağaclarımızı kəsib aparan ermənilərdən fərqi vardırmı? Niyə Ekologiya Nazirliyi Oğuz və Qəbələdə meşələrdə son aylar baş verən kütləvi meşə qırılmasına ögey münasibət göstərirlər, vəzifə borclarını yerinə yetirmirlər?

Biz əvvəlcədən Sizlərə öz minnətdarlığımızı bildirirk.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.