SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT

"DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT

Tarix:

14-01-2021, 12:35

/ 4 552 dəfə oxundu.
"DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT

Sürəti: Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Sürəti: Azərbaycan Respublikasının Baş Naziri Cənab Əli Əsədova

Sürəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cənab Hikmət Hacıyevə

Sürəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova

Sürəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə xanım Əliyevaya

Sürəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Cənab Əli Nağıyevə


Hörmətli cənab Prezident,

Sizin uzaqgörən siyasətiniz və mükəmməl rəhbərliyiniz nəticəsində şanlı Azərbaycan Ordusu dəmir yumruq olaraq düşmənin başını əzdi. Bununla Qarabağ torpaqları öz əzəli sahiblərinə qovuşdu. Bundan sonsuz qürur duyaraq, Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Biz Sizin vətəndaşlara necə dəyər verdiyinizin canlı şahidi olmuşuq. Bu səbəbdəndə Sizə müraciətimizin cavabsız qalmayacağına çox ümid edirik.
Möhtərəm Cənab Prezident, biz bir neçə sahibkar Bakı şəhəri Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən "DİQLAS" Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Sizə və müvafiq qurumlara şikayət ərizəsi ünvanlanmışıq. Çox təəssüflər olsun ki, bizim şikayətimiz araşdırılmır. Və Sizə dəqiq məlumat verilmir. Ümidvarıq ki, bu şikayət ərizəsi Sizə çatdırılacaq. Cənab Prezident "DİQLAS" Ticarət Mərkəzində baş vermiş yanğından sonra biz sahibkarlar adı çəkilən Ticarət Mərkəzinin direktoru Rasim müəllim və Rasim müəllimin arxasında duran "DİQLAS" Ticarət Mərkəzinin əsl sahibi Şahmar Rüstəm oğlu Vəliyevə dəfələrlə müraciət etməyimizə baxmayaraq bizə hədə qorxu gələrək bizə külli miqdarda dəymiş ziyanin ödənilməsindən boyun qaçırdılar. Əgər biz Sizə ünvanlanan şikayətlərimizi geri götürməsək bizi müxtəlif yollarla ailəmizə ziyan vuracaqlarını açıq şəkildə ifadə etdilər. Biz artıq qorxumuzdan evdən belə çölə çıxa bilmirik. Bizə dəymiş ziyanın nə üçün ödənilməyəcəyinin səbəblərini bizə çəkinmədən açıqladılar. Şahmar Vəliyevin Rasim müəllim vasitəs ilə bizə dediklərini olduğu kimi Sizə çatdırırıq: "Prezident bu yanğınla bağlı bizə yəni Şahmar Vəliyevə belə güzəşt etmədiyi təqdirdə biz nə üçün sizə dəymiş ziyanı ödəməliyik? Gedin başınızın çarəsinə baxın. Əgər bizi bir daha narahat etsəniz və ya yuxarı qurumlara bu məsələ ilə bağlı şikayət etsəniz biz sizə nə edəcəyimizi yaxşı bilirik. Şahmar Vəliyev dedi ki, Baş Prokurorluqda əlimizdədir Dövlət Təhlükəsizlik Xidmətidə. Elə etməsinlər ki, onları bir dəfəlik susdurum! Qrup şəklində dövlət qurumlarına müraciət edənləri isə “Bandotdel”ə aparılmaqla hədələyirlər.
Möhtərəm Cənab Prezident, bizim Sizdən başqa ümid yerimiz yoxdur. Biz sahibkarlar həyatı təhlükəsizlik baxımından adlarımızı belə qorxudan qeyd edə bilmirik. Çünki bilirik ki, Şahmar Vəliyev bizə və ailə üzvülərimizə zərər verəcək. Sizdən çox xahiş edirik bizə dəymiş ziyanın tam olaraq ödənilməsi üçün Baş Prokurorluğa tapşırıq verəsiniz və bu işi nəzarətdə saxlayasınız.

Hörmətlə: Saida Rahimova

Şərhlər

XƏBƏR LENTİ