SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ETSN karantin rejiminin bitməsini gözləyr,Oğuzda isə meşələr talanır – HƏYƏCAN TƏBİLİ

ETSN karantin rejiminin bitməsini gözləyr,Oğuzda isə meşələr talanır – HƏYƏCAN TƏBİLİ

Tarix:

12-05-2020, 11:27

/ 1 363 dəfə oxundu.
ETSN karantin rejiminin bitməsini gözləyr,Oğuzda isə meşələr talanır – HƏYƏCAN TƏBİLİ

Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən Aktualinfo.org redaksiyasının elektron poçtuna daha bir müraciət daxil olub.Ötən həftə onun ictimailəşdirdiyimiz müraciətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi karantin rejimi bitdikdən sonra araşdırılacağını bildirmişdi. Lakin Xalid Seyidovun yazdıqlarına görə Oğuz meşələri karantin rejimindən sui istifadə edənlər tərəfindən yenə talanmaqdadır. Sabiq meşəbəyi ötən müraciətində olduğu kimi, yenə də qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 11 martda Qəbələ meşə təsərrüfatının rəisi İlqar Qəribovu həbs etməsinə baxmayaraq bu gün də Oğuz meşələrinin korrupsiyalaşmış mütəşəkkil dəstə tərəfindən tamamilə məhv edilməsi davam etdirilir. Yaşıllıqlara qarşı aparılan soyqırımın qarşısının dərhal alınması,yerində təcili və təxirəsalınmaz tədbirlər görülməsi üçün Xalid Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş naziri cənab Ə.Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə, Baş prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı yeni müraciəti olduğu kimi oxuculara təqdim edirik.

Çoxhörmətli cənab Prezident İlham Əliyev!Bir daha xatırlamaq istərdim ki, mən, Seyidov Xalid Tofiq oğlu doğma Oğuz rayonunda uzun müddət meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlimdən gələni etmişəm. Lakin vətənə sədaqətli xidmətin kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq yuxarılara “HAQQ” vermədiyimə görə məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər. 10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yararlı, gözoxşayan ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə qarşılığında heç formal da olsa cavab vermədi. Bu qəbullardan sonra Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əlimdəki fotofaktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar. Xatırlatmaq yerinə düşərdi ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qaraşovla qohumdurlar(kirvədirlər)Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. Budur, İlqar Qəribovun dəstəsinin əksəriyyəti həbs edilsə də, nüfuzlu qardaşlarının hesabına məsuliyyətdən kənarda qalan meşəbəyi Məmmədov Valeh Yaqub oğlu qoruduğu meşələrə qanim kəsilib, onu hər gün məhv etməklə məşğuldur.

Doğrudur, onu bir neçə dəfə törətdiyi özbaşnalıqlara görə işdən qovsalar da vəzifədə olan qardaşlarının (biri Şahdağ Dövlət Qoruğunun rəhbəridir, digəri Notariusda sədrlik edir.)köməkliyi sayəsində hər dəfə məsuliyyətdən qurtula və öz işini- konkret olaraq hər həftə 5-600 kub m. ağac qırıntısı kəsdirib yük avtomobillərilə satışını təşkil etməkdədir. Bu adam hətta karantin dövründə öz bazarını dayandırmır. (onun meşəsinin necə məhv edilməsini əks etdirən 26 ədəd fotoşəkillər əlavə olunur) Respublikada heç kim ona söz deyə bilmədiyinə görə, Valeh də bir meşəbəyi kimi meşə ağaclarını öz dədəsinin malı kimi satmağında davam edir.Düzdür, bizim 23 aprel şikayətimizdən dərhal sonra onun “Şahdağ”Dövlət Qoruğunun müdiri işləyən qardaşı aprelin 26-da öz müavinin göndərərək bəyan etdi ki, “biz heç kimdən qorxmuruq, kim nə istəyir yazsın.” Yəni,açması budur ki, heç kim bizim meşə bazarımıza söz deyə bilməz!. Son müraciətimdən sonra ETSN-nin 6 və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə – yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir.

Həbs edilən İlqar Qəribovun yerinə yeni təyin olunmuş Alim adlı müdir işə başlasa da son günlər də xeyli sayda ağaclar kəsilib satışa çıxarılıb. Yeni direktorun köhnədən qalma hüquqşunası Xudiyev Araz isə bütün cinayətləri ört basdır edilməsi üçün komissiyanın Oğuz rayonun Mollalı kəndində apardığı yoxlamaya maneçilik törətmək üçün gəlib hay-küy salmışdır. Görəsən, bu zamana qədər meşələrin kütləvi məhv edilməsinə göz yuman hüquqşünas niyə indi də komissiyanın fəaliyyətinə mane olmağa çalışır?

Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Siz tez tez Azərbaycanın müxtəlif ərazilərində olarkən ağacəkmə kampaniyasında şəxsən iştirak edirsiniz. Ancaq ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən müdiri də sələfi Qəribovun yolunu davam edərək işlədiyi 20 gün ərzində 400 yeni ağacın kəsilməsinə şərait yaratmışdır. Elə kimissiya da bunu aşkarladı. Müdir isə deyir ki. bu 400 ağac kiçik diametrlidir, ondan ötrü kim mənə nə deyəcək? Təzə müdir anlamır ki, bu ağaclar sabahın böyük ağacları ola bilərdi. Əgər 20 gündə meşələrimizdə 400 ağac kəsilirsə. Onda 2 ildə nə qədər ağac məhv ediləcək?

Hamınızdan xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.

Şərhlər

XƏBƏR LENTİ