XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bərdə sakini İcra və Probasiya şöbəsindən şikayətçidir - GİLEY

Bərdə sakini İcra və Probasiya şöbəsindən şikayətçidir - GİLEY

Bərdə sakini İcra və Probasiya şöbəsindən şikayətçidir - GİLEY
8-12-2020, 12:13

Bərdə rayon İcra və Probasiya xidmətinin məmuru Rusif Quliyev vəzifə səlahiyyətlərini yerinə yetirməyərək , dövlət qulluqçusunun etik normalarına yaraşmayan tərzdə ədaləti ayaqları altına alıb, tapdalayır.

DİAAZ xəbər veriri ki, o, Bərdə şəhər sakini Nilufər Əliyevaya qarşılaşdığı qanunsuzluğun aradan qaldırılmasında yardım etmək əvəzində vətəndaşa qarşı təhqirlərə yol verib. Nilufər Əliyeva uğursuz nikaha görə həyat yoldaşından ayrılmaq məcburiyyətində qalıb. Bir övladını təkbaşına böyütməli olub. Məhkəmə qərarı ilə uşağa görə aliment müəyyənləşdirilib. Bir neçə aydır ki, yığılan borc alimentin ödənilməsini ata dayandırıb. Məhkəmə qətnaməsində müəyyən edilmiş öhdəliyə uyğun olaraq qrafik əsasında uşaq ata ilə görüşdürülüb. Aliment ödənilmədiyi halda ata tərəf uşağı görmək, evə aparmaq tələbində olublar. Atanın aliment öhdəliyini yerinə yetirmədiyindən Nilufər Əliyeva görüşə etiraz edib. İşə Bərdə rayon İcra və Probasiya xidmətinin məmuru Rusif Quliyev müdaxilə edib. Alimentin ödəniləcəyinə zamin olaraq , uşaqla ata tərəfinin görüşünə ananı razı salıb. Görüşə razılıq verən ananın gözləntisi doğrulmayıb. Aliment ödənmədiyindən ana Nilufər Əliyeva Rusif Quliyevə müraciət etməli olub. Əvəzində icra məmuru ananın üzərinə qışqıraraq” Daha məni bezdirmisən, şikayətin varsa get nazirliyə de!”-ananı təhqir edib.
Belə icra məmuru ədaləti təmin eləmirsə onun ədliyyə nazirliyi sıralarında qalması qanunun adına ləkədir. Təcili haqqında tədbir görülməlidir. Hüququnun bərpasını tələb eliyən ana Nilufər Əliyeva Ədliyyə nazirliyindən qanunsuzluğa son qoyulmasını istəyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.