SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Qocayev qanunları pozaraq, Samuxda toylara İCAZƏ VERDİ - İDDİA

Alı Qocayev qanunları pozaraq, Samuxda toylara İCAZƏ VERDİ - İDDİA

Tarix:

1-09-2020, 19:16

/ 874 dəfə oxundu.
Alı Qocayev qanunları pozaraq, Samuxda toylara İCAZƏ VERDİ - İDDİA

Az əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov AMEA prezidenti Ramiz Mehdiyevi müdafiəsinə qalxaraq ona qarşı hücumları intiqamla əlaqələndirib. Sən demə, bu cür fikirləşən məmurların sayı yetərincə imiş.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, keçən şənbə yaxınları ilə Samuxda məcliz təşkil edən sözügedən rayonun icra hakimiyyətinin başçısı Alı Qocayev də az qala dövlətə meydan oxuyaraq son hadisələrdən danışıb. Mənbənin dia.az-a söylədikləri:

"Alı Qocayev bildirdi ki, Ramiz Mehdiyev dövlətin əsas sütunlarından biri olub və bu gün ona hücum edilməsi yolverilməzdir. Daha sonra Alı Qocayev rayonda toyların təşkil olunmasından danışıb və bildirib ki, hansı rayonda olmasa da, Samuxda toylara icazə veriləcək".

Qeyd edək ki, keçmiş Milli Məclis sədri Oqtay Əsədovun qohumu olan Alı Qocayevin bu əməli hökumətə asi çıxmaq kimi dəyərləndirilməklə yanaşı, həm də konkret mövqe nümayişi kimi də dəyərləndirilə bilər.

Hadisə ilə bağlı əlavə faktlarımızı təqdim edəcəyik. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ