XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lənkəranda aqrodərəbəylik: Fermerlərin taxıl biçməyə texnika tapa bilmir

Lənkəranda aqrodərəbəylik: Fermerlərin taxıl biçməyə texnika tapa bilmir

Lənkəranda aqrodərəbəylik: Fermerlərin taxıl biçməyə texnika tapa bilmir
22-06-2020, 23:23

Lənkəranda fermerlər taxıl sahələrini biçdirmək üçün kombayn tapa bilmirlər.

Bu barədə Arqument.az-a məlumat verən fermerlər bildirirlər ki, onlar ötən ilki biçində də eyni problemi yaşayıblar: "Ötən il biçində də taxılımızı biçdirmək üçün Lənkəranda kombayn tapa bilmirdik. Taxılımızın yarısını külək döyüb yerə tökdükdən sonra Neftçala rayonundan bizə əlavə kombaynlar göndərildi. Amma indi vəziyyət gərgindi. Ətraf rayonlarda taxıl biçini artıq yekunlaşıb. Amma buiz hələ də texnika tapa bilmirik. Burda olan kombaynlar isə məmurların, onlara yaxın olan adamların sahələrində biçin aparır. Bizə deyirlər gözləyin növbə sizə də çatacaq".

Fermerlər Lənkəran "Agrolizinq"in rəhbərliyinin isə onların telefonlarına ümumiyyətlə cavab vermədiklərini deyirlər.

Məsələ ilə əlaqədar Lənkəran rayon "Agrolizing"lə əlaqə saxlayaıb münasibət öyrənməyə çalışdıq.

"Agrolizing"-in Rahib adlı müdiri telefon zənglərimizə cavab vermədi.

"Agrolizing" ASC-nin 012 425 64 27 nömrəsinə edilən zənglərimiz də cavabsız buraxıldı.

"Agrolizing" ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyinə görə KTN-nin mətbuat xidməti ilə də əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov da telefon zənglərimizi cavablandırmadı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.