SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İnam Kərimov KTN sistemini dirildəcəkmi? - Görünəni odur ki...

İnam Kərimov KTN sistemini dirildəcəkmi? - Görünəni odur ki...

Tarix:

4-07-2018, 11:40

/ 1 278 dəfə oxundu.
İnam Kərimov KTN sistemini dirildəcəkmi? - Görünəni odur ki...

Ölkənin kənd təsərrüfatı sahəsində rəhbər dəyişikliyindən sonra diqqətlər əkin-biçin və məhsuldarlığın necə olacağına yönəlib.

Düzdür, pambıqçılıq sahəsində baş verən kütləvi zəhərlənmələr yeni rəhbərlikdən yeni məsuliyyət və radikal addımlar atmaq tələb etsə də, mümkündür ki, gələnilki mövsümdə bir çox müsbət dəyişikliklər olsun.

Amma təkcə pambıqçılıq sektorunda baş verən zəhərlənmələr günün əsas mövzusu deyil. Həm də yerlərdəki taxıl biçini zamanı texnika çatışmazlığı özünü qabarıq şəkildə büruzə verir. Bu, bir tərəfdən əkin sahələrinin çoxaldılması ilə əlaqəlidirsə, digər tərəfdən müvafiq texnikaların azlığından qaynaqlanır.

Elə bu səbəbdən də mütəxəssislər biçin prosesi başa çatar-çatmaz Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-də daha ciddi islahatların aparılmasının vacibliyini dilə gətirirlər.

Yeni nazir İnam Kərimov bu ASC-nin başına “ASAN Xidmət”dən tanıdığı Seymur Mövlayevi gətirsə də, bu da problemin həllinə müsbət təsirini hələ ki göstərməyib. Yerlərdə yüzlərlə fermer kombayn çatışmazlığından şikayətlənir.

Taxıl əkini ilə məşğul olan sadə insanlar deyirlər ki, kombaynlar “yekələrin” yerlərini biçməyə üstünlük verir.

“Reytinq”in əldə etdiyi məlumata görə, hətta bir sıra bölgələrdə arpa sahələrinin biçilməsi mümkün olmayıb. “Aqrolizinq”in yerlərdəki nümayəndələri texnikaya olan tələbatı düzgün hesablaya bilmir, kənd camaatına hörmətlə yanaşmır, kombaynlar böyük məbləğ qarşılığında icarəyə verilir, nəticədə mexanizatorların biznes maraqlarının arxasınca qaçması bölgələrdə iqtisadi sabotaja yol açır.

Bildiyiniz kimi, pambıqçıların zəhərlənməsindən sonra ölkə gündəmini “Aqrolizinq” ASC-nin Yevlax regional filialının direktoru Sədaqət Ağayevin əhali tərəfindən döyülməsi tutur. Yevlaxlılar deyirlər ki, Sədaqət bəy rayonun Səmədabad kəndində biçin aparan kombaynların işini yarımçıq saxlatdıraraq, onları, Tanrıqullar kəndində olan “dostunun” sahəsini biçməyə göndərib. Bundan xəbər tutan sakinlər kombaynın qarşısını kəsərək kənddə çıxmasına mane olublar. Bu zaman isə S. Ağayev “gül ağzını” açıb. Bu isə kənd camaatının zora əl atmasına səbəb olub. Əvvəllər həbslərlə gündəmə gələn “Aqrolizinq”çilərin bu dəfə döyülməsi isə kənd təsərrüfatının ən mühüm xidmət sektorundakı ciddi problemlərdən xəbər verir.

Mənbəmiz bildirir ki, ASC-nin yeni gənc sədri Seymur Mövlayev builki biçin kampaniyasının analizini apararaq növbəti mövsüm üçün mütləq əlavə texnika tədarükü görməlidir: “Proses göstərir ki, bu il belə bir hesablama aparılmayıb. Bundan başqa, dövlət bu xidmət sektorundakı maraqlarından imtina edərək bu sistemin özəlləşdirilməsinə, şəxsi aqrolizinq dəstələrinin yaradılmasına imkan verməlidir. Bu addım xidmət keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər”.

Şərhlər

XƏBƏR LENTİ