SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yoldaş Alxasov niyə köməkçisiz qalıb? - İDDİA

Yoldaş Alxasov niyə köməkçisiz qalıb? - İDDİA

Tarix:

9-06-2020, 12:04

/ 1 337 dəfə oxundu.
Yoldaş Alxasov niyə köməkçisiz qalıb? - İDDİA

"Qusar rayon icra hakimiyyətində böyük maliyyə yoxlamaları həyata keçiriləcək. Bunu elə başçının özü də bilir". Bu barədə DİA.AZ-a Qusardakı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, hətta Qusar RİH rəhbəri Şair Alxasov neçə müddətdir ki, gözlənilən BÖYÜK TƏFTİŞƏ böyük təşvişlə hazırlaşmaqdadır. Dia.az-a deyilənlər:

"Hamı yaxşı bilir ki, bütün yerlərdə icra başçılarının köməkçiləri onların "sağ əli" hesab olunur və başçının az qala bütün sirrlərini bilirlər. Ona görə də Şair Alxasov neçə müddətdir ki, köməkçisini işdən çıxarıb və yeni təyinat etmir. DTX-ni gözləyir... Gözləyir ki, DTX gələndə onun əleyhinə danışdırmağa az adam tapılsın".

Dia.az olaraq iddia olunanları dəqiqləşdirmək üçün Qusar RİH-lə əlaqə saxlasaq da alınmadı. Yalnız Qusar icra hakimiyyətinin rəsmi veb-səhifəsinə nəzər saldıqda iddia olunanların - Qusarın icra başçısının köməkçisi postunun boş olduğunu rəsmən də müşahidə etdik.

Yenə də məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Yoldaş Alxasov niyə köməkçisiz qalıb? - İDDİA

Şərhlər

XƏBƏR LENTİ