İslahatların qurbanlarından növbətisi: Şair Alxasov... - İDDİA
2007-ci ildən Qusara rəhbərlik edən və bu müddət boyunca sözügedən rayonda yetərincə narazılıqlara səbəb olan Şair Alxasov ölkədə müşahidə olunan islahat dalğasının qurbanlarından biri olacaq. Bu barədə DİA.AZ-a mötəbər mənbə informasiya verib.
Mənbə iddia edir ki, artıq Şair Alxasovla bağlı qərar verilib. DİA.AZ-a deyilənlər: "Şair Alxasov vəzifəsindən məhz barəsində günü gündən artan şikayətlər səbəbindən alınacaq. Cənab Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib və bəyan edib ki, məmurun ilk işi məhz xalqa xidmətdir. Şair Alxasov isə bu siyasəti özündə ehtiva etməyənlərdən biri olduğundan görəvdən alınacaq".
Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...