SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısından əlil ailəsinə ilginc bəhanə - GİLEY

İcra başçısından əlil ailəsinə ilginc bəhanə - GİLEY

Tarix:

14-05-2020, 12:37

/ 1 162 dəfə oxundu.
İcra başçısından əlil ailəsinə ilginc bəhanə - GİLEY

Ötən il Ağsuda zəlzələ baş verib. Üstəlik, təbii fəlakət avqust ayında təkrarlanıb. Nəticədə xeyli tikiliyə zərər dəyib. DİA.AZ bildirir ki, Ağsu şəhəri, Tariyel Xasıyev küçəsində yaşayan bir əlil ailəsinin uzun müddətə və əziyyətlə tikdiyi bir otaq da dağılıb. İndi ailə qohumların evinə sığınıb. Ailə başçısı Natiq Nuriyev danışır:

“Bir otaq, bir də balaca mətbəxi 4 ilə tikdim. Uşağın əlillik pensiyasıyla hissə-hissə kərpic aldım, evini təmir edən tanışlar da köhnə qapıdan, pəncərədən verdilər, birtəhər tikib başa vurdum. Elə içərisinə köçməyə hazırlaşırdıq ki, fevralda zəlzələ oldu, evin divarları çat verdi, köçə bilmədik, düzəltməyə də imkanımız olmadı. Prezident əvvəl Şamaxıya gəldi, ondan bir ay sonra Ağsuya gəldi, kim bacardısa, məktubunu verə bildi, mən Prezidentə yaxınlaşa bilmədim, məktubum əlimdə qaldı. Prezident burda həkimin, məmurun evlərinə baxış keçirtdi, tapşırıqlar verdi, o evlər əsaslı təmir olundu, hətta həmin evlərə gedən və əvvəldən bərbad vəziyyətdə olan yolları da düzəltdilər, çəkib göstərdilər. Bizim evə yaxın da düşmədilər. İkinci dəfə avqustda zəlzələ oldu, tamamilə yararsız vəziyyətə düşdü”.

Natiq Nuriyev deyir, bir neçə ay əvvəl icra hakimiyyəti başçısının qəbulunda olub. Ona bildirilib ki, tikili qanunsuz olduğuna görə qəzalı evlərin siyahısına salınmayıb:

“Mən arabaya məhkum 1-ci qrup əlil uşağa baxıram, üstəlik, gözləri də 60 faiz görmür. 5 ildir işləmirəm, uşağın 12 yaşı var, yoldaşıma ağırlıq qaldırmaq olmaz, ona görə də uşağa özüm baxıram. Yoldaşım tibb bacısı işləyir, maaşı çox aşağıdır. İki uşaq, ondan biri əlil, yoldaşım, mən babamdan qalma köhnə, şəraitsiz evdə yaşayırdıq. Nəmişlik, şəraitsizlik əlil övladımın səhhətini daha da ağırlaşdırırdı. Hökumətin eləməli olduğunu uşağın əlillik pensiyası ilə özüm eləmişdim, buna görə məmur vətəndaşa “sağ ol” deməlidir ki, vətəndaş gedib yaxasından sallanmır, onun vəzifəsinə düşəni özü həll edir. Əvəzində başçı mənə deyir, onsuz da qanunsuz tikmişdin, bizlik deyil. Neyləməliydik, cənab başçı, əlil uşaqla küçədə qalmalıydıq?”
İcra başçısından əlil ailəsinə ilginc bəhanə - GİLEY

Şərhlər

XƏBƏR LENTİ