SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkililər ondan narazıdır... - İşçiləri isə camaata "sui-istifadəçi" deyir

Şəkililər ondan narazıdır... - İşçiləri isə camaata "sui-istifadəçi" deyir

Tarix:

29-03-2017, 15:05

/ 7 161 dəfə oxundu.
Şəkililər ondan narazıdır... - İşçiləri isə camaata "sui-istifadəçi" deyir

«Burada 2 il öncə dağıntıya məruz qalan evlərin çoxu hələ də bərpa olunmayıb». 2015-ci ilin sentyabrında Şəkinin bir neçə kəndində baş verən zəlzələnin fəsadlarını hələ də yaşayanlar var. Məsələn, Qaratorpaq kəndinin sakini Təranə Bağırova deyir, zəlzələ evini qəzalı vəziyyətə salıb və 2 ildir ki, divarları aralanmış, hər an dağılmaq təhlükəsi olan evdə ailəsi ilə qorxu altında yaşayır: «Tək mən deyiləm, bir neçə ailə var ki, eyni əzabı yaşamaqdayıq. Şəki şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə etdiyimiz müraciətlər iki ildir ki, havada qalıb».

Kənd sakini bələdiyyəyə və icra hakimiyyətinə gedib ki, heç olmasa, evin dam örtüyünün təzələnməsi üçün şifer versinlər. Ancaq ona bildirilib ki, bu məsələlərə büdcədən pul ayrılmayıb: «Bilirik ki, bu evlərin bərpasına, təmirinə külli miqdarda vəsait ayrılıb. Ancaq hara xərclənib, kimin cibinə gedib, bilmirik. Kim gedir, deyirlər, «pul yoxdur». Bizim evlər təbii fəlakətdən bu vəziyyətə düşüb, təmir-bərpası da dövlətin üzərindədir. Heyf ki, hər dəfə təbii fəlakətdən zərər çəkən yazıq kasıb, qazanan, daha da varlanan məmurlar olur».

Zəlzələ, əsasən, evin dam örtüyünü və divarlarını sıradan çıxarıb. Yağış yağanda aralanmış şiferlərdən süzülən su evdəki yorğan-döşəyə qədər bütün əşyaları isladır. Təranə xanım deyir, 1 ildir ki, iki azyaşlı övladı revmatizm və bronxit xəstəliyinə tutulub.

Şəki şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ nəticəsində qəzalı duruma düşən evlərin sayı 2 min 100-ə yaxındır. Təqribən 1 il öncə qurum Nazirlər Kabinetinə müraciət edib. Vəsait ayrılan kimi qəzalı evlər təmir olunacaq: «İki il əvvəl baş verən zəlzələ nəticəsində kəndlərdə və şəhərdə xeyli sayda evə ciddi ziyan dəyib. 2 min 64 evə baxış keçirilib, hər bir evlə bağlı uyğun qərar verilib. Podratçı təşkilat tərəfindən ən çox təhlükəli durumda olan ailələr üçün fərdi yaşayış evləri tikilib, 300-dən çox evdə bərpa-gücləndirmə işləri aparılıb».

Qurumdan o da bildirilib ki, bəzi kəndlilər hələ zəlzələyədək qəzalı duruma düşən dədə-baba evlərini də dövlətə sökdürüb tikdirmək istəyirlər. Yəni, təbii fəlakətdən sui-istifadə edirlər.

Şərhlər

XƏBƏR LENTİ