SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax sakinləri yeni başçıdan narazıdır: Yolu kəsəcəklərini deyirlər...

Yevlax sakinləri yeni başçıdan narazıdır: Yolu kəsəcəklərini deyirlər...

Tarix:

12-05-2020, 12:28

/ 10 084 dəfə oxundu.
Yevlax sakinləri yeni başçıdan narazıdır: Yolu kəsəcəklərini deyirlər...

Yevlax şəhəri Qanboy Quliyev küçəsində yerləşən "Dədə Qorqud" parkında aparılan abadlıq işləri sakinlərin gününü "qara" edib.

Bu barədə Qaynarinfo-ya parkın yanında yerləşən, daha çox "yun zavodunun binaları" kimi bilinən bina 1A və 2A-nın sakinləri məlumat verib.

Yevlax şəhərinə yeni İcra başçısı Anar Tağıyev təyin oldunduqdan sonra şəhərin ən uzun parkı olan "Dədə Qorqud" parkında yenidənqurma işlərinə tapşırıq verib, parkın ərazisində olan köhnə ağaclar çıxarılıb və ərazisi genişləndirilib. Yeni parkın görünüşünə xələl gətirəcəyini düşündükləri üçün yuxarıda sözügedən binalara da əl gəzdirməyi unutmayıblar.

2 aydır ölkə ərazisində karantin rejimi elan olunsa da, bu ərazidə təmir-tikinti işləri fasiləsiz davam edib. Əvvəlcə bina 1A-nın pəncərə və balkonlarının üzünə 1 qarış aralıqda müasir görünüşlü örtüklər vurulub. Ancaq buna görə sakinlərin kondisioner motorları, peyk antenləri və paltar zivələrini söküblər. Sakinlərin sözlərinə görə, 1 aydan çoxdur ki, onlar TV kanallarına baxa bilmirlər, paltarlarını asmağa yer tapmırlar. Onların bu avadanlıqları başqa yerə quraşdırmaq üçün kömək çağırışına da baxan olmayıb. Üstəlik örtük ilə balkon arasında olan aralardan sakinlərin evlərinə siçan, yarasa və ilan girdiyini bildiriblər.

Bununla bağlı olaraq sakinlər tikintiyə baxış üçün gələn yeni icra başçısının özünə də şikayət ediblər, lakin rayon başçısı onlara cavabında "parkın açılışı olsun, ondan sonra örtüyü söküb atarsız", - deyə cavab verib.

Artıq 1-ci binada işlərini tamamlayan ustalar ötən gün ikinci binaya keçiblər. Lakin sakinlər onların qarşısını kəsdiyi üçün iş yarımcıq dayandırılıb. Redaksiyimiza müraciət edən sakinlər bu halın davam edəcəyi təqdirdə aksiya keçirərək Kürün körpüsünə gedərək yolu kəsəcəklərini bildiriblər.

Məsələni araşdırmaq üçün Yevlax şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, hadisədən xəbərdardırlar və məsələnin həlli üçün artıq Bakıya müraciət ediblər

Şərhlər

XƏBƏR LENTİ