XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto

Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto

Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto
2-04-2020, 10:57

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür.

2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilib, fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılıb. Füzuli rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və aidiyyəti təşkilatların mütəxəssislər tərəfindən pambıq əkiləcək sahələrə baxış keçirilib, çiyid səpiləcək sahələr arat edilib, mala işi aparılıb. Yaxın günlərdə sahələrdə çiyid səpininə başlanılacaq. Ümumilikdə bu il rayon üzrə 700 ha sahədə pambıq əkilməsi nəzərdə tutulub ki, bunun da 500 hektarı P-Aqro MMC ilə, 170 hektarı Azərbambıq MMC ilə yerdə qalanı isə fərdi qaydada həyata keçiriləcək.

Rayon ərazisində ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə müəyyənləşdirilib, barama saxlanılacaq yerlərə baxış keçirilib, qarğı tədarükü görülüb. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda pambıq əkini və ipəkqurdu becərilməsi ilə bağlı tapşırıqlar insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə, uzaqdan idarəetmə ilə həyata keçirilir.
Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.