SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabad Rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək qərarına gəlmişlər

Sabirabad Rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək qərarına gəlmişlər

Tarix:

25-03-2020, 11:32

/ 1 577 dəfə oxundu.
Sabirabad Rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək qərarına gəlmişlər

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat fonda ayrılıb və ölkə Prezidenti ilk olaraq bir illik əməkhaqqını Fonda ianə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu təşəbbüsə qoşularaq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişdir. Koronavirusla mübarizə istiqamətində həyata keçiriləcək tədbirlərə maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan fonda eyni zamanda, müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələrin həyata keçirilməsi davam edir. Koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz və xalqımızla həmrəy olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Sabirabad Rayon İcra Hakimiyyətində çalışan işçilər də könülü olaraq bir aylıq əmək haqlarını ianə etmək qərarına gəlmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək qərarına gəlmişlər

Şərhlər

XƏBƏR LENTİ