XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Neftçalada YAP-ın namizədinə qarşı üsyan var

Neftçalada YAP-ın namizədinə qarşı üsyan var

Neftçalada YAP-ın namizədinə qarşı üsyan var
23-01-2020, 15:41

Neftçalalılar hesab edirlər ki, Gültəkin Sadıqova rayon sakinləri üçün örnək olacaq biri deyil...
Adətən rayonlarda deputatın yerli olmasını istəyirlər. Ancaq Neftçalada bu məsələdə istisna var. Neftçala əhalisi və YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən Gültəkin Sadıqovaya qarşıdırlar. Səbəbini isə bir qrup neftçalalı və YAP üzvündən Secki.net-ə daxil olan müraciətdə biləcəksiniz.

Qeyd edək ki, Neftçala rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın namizədliyi 61 saylı Neftçala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Redaksiyamız bu yazını ixtisarla dərc edir və bu yazıda səsləndirilən fikirlərdən heç biri redaksiyamızın mövqeyini əks etdirmir.

Daxil olan müraciəti ixtisarla oxucularımızın diqqətinə çatdırırıq:

“Biz bir qrup Neftçala ziyalısı və Yeni Azərbaycan Partiyasının üzvləri 61 saylı Neftçala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Gültəkin Sadıqovanın namizədliyinə qarşıyıq və hesab edirik ki, Gültəkin Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçalada YAP-ın namizədi olması partiyamızın rayondakı nüfuzuna vurulan zərbədir. Biz həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adlna ləkə kimi qıbul edirik.

Əlbəttə biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir. Məhz İsmayıl Vəliyevin Gültəkin Sadıqova ilə münasibətləri bu qadının karyerasının əsasını təşkil edib.

Bizim Gültəkin Sadıqovanın namizədliyinə qarşı olmağımızın əsas səbəblərindən biri və birincisi bu qadının Neftçalanı təmsil etməsinə mənəvi haqqının çatmamasıdır. Biz də çox istəyirik ki, Neftçalanı Milli Məclisdə Yeni Azərbaycan Partiyasının nümayəndəsi təmsil etsin və çox istərdik ki, bu elə rayonumuzun sakini olsun. Lakin bir daha qeyd etmək istəyirik ki, Gültəkin Sadıqovanın Milli Məclisdə Neftçalanı təmsil etmək üçün mənəvi haqqı yoxdur. Bu sözlərimizə sübut olaraq onu göstərə biləri ki, bir zamanlar Gültəkin Sadıqovanın adı narkotik qalmaqalında belə hallanıb və başçının hümanitar məslələr üzrə müavinin xalası İrandan narkotik gətirirkən həbs edilib və uzun müddət həpisxanada yatıb. Həmin vaxt rayonda gəzən söz-söhbətlərdə Gültəkin Sadıqovanın da adı halalnırdı.

Qeyd edək ki, bu yaxınlarda Gültəkin Sadıqova öz övladına toy eləmiş və bu zaman dəvətnamənin üzərinə həyat yoldaşının deyil, öz adını yazmışdır. Bu biabırçılığa dözməyən qaynatası ürəktutmasından dünyasını dəyişdirmişdir. İndi siz özünüz deyin, öz həyat yoldaşına bu şəkildə yanaşan bir qadın Neftçalanı Milli Məclisdə təmsil edə bilərmi?

Gültəkin Sadıqovanın adı daima rayonda korrupsiya və rüşvət qalmaqallarında hallanır. Onun başçı İsmayıl Vəliyev üçün pul yığdığını rayonda hər kəs bilir. Nə qədər insanı aldatdığı da ortadaır. Bu gün Neftçala səhiyyəsinin, Neftşala təhsilininvə ən əsası Neftçala mədəniyyətinin bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də Gültəkin Sadıqovadır və onun icra başçısı ilə birlikdə yürütdüyü koppursioner siyasətdir.

Neftçaladan olan insanlar bu üzdən çox narahatdırlar və Gültəkin Sadıqovanın namizədliyi hər bir neftçalanı narahat edir. Çünki bu qadın neftçalalılar üçün örnək olacaq biri deyil. Biz daha layiqli bir neftçalanın ümummilli lider H.Əliyevin qurucusu olduğu partiyadan Milli Məclisə seçilməsini arzu edərdik”.

Mənbə: Seçki.net

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.