DTX -nın saxladığı Gültəkin Sadıqovaya YAP-çılar niyə səs verməyib?
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində partiyadaşlarının belə səsini ala bilməyib.
PIA.az xatırladır ki, Gültəkin Sadıqova seçkilərdə 61 saylı Neftçala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə Gültəkin Sadıqov seçkilərdə 351 səs toplayıb. YAP-ın rəsmi internet səhifəsində partiyanın Neftçala rayon təşkilatının 4534 üzvü olduğu qeyd olunub.
Gültəkin Sadıqovanın qazandığı səs onların Neftçala rayon YAP-çılarının 1/12-ni təşkil edir. Neftçala YAP-çılarının ona hansı səbəbdən səs vermədiyi bəlli deyil.
MSK Gültəkin Sadıqovanın namizəd olduğu dairədə 21.4 faiz səslə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlını qalib elan edib.
Yenisabah.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...