XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir - Prezidentə şikayət olundu

Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir - Prezidentə şikayət olundu

Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir - Prezidentə şikayət olundu
21-01-2020, 09:52

Deputatlığa namizəd olan Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin seçki kampaniyasına Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kobud müdaxilənin olduğu bildirilir. Bu barədə Zabit Quliyevin vəkili, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı müsahibəsində bildirib. Qurum sədri hətta Kürdəmir İcra Hakimiyyətinin işçilərinin xanım bir namizədin xeyrinə sosial şəbəkələrdə açıq təbliğat apardığına dair faktları da nümayiş etdirib. Elşən Uluxanlı ölkə Prezidentinə və MSK -ya bu qanun pozuntularını aradan qaldırmaqla bağlı rəsmi müraciət ünvanladığını da bildirib.

Azinforum.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.