SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda İcra başçısı ilə “Vaqif” firması arasında narazılıq – Prezidentin ayırdığı 1 milyon vəsait BƏRBAD abadlğa xərclənir

Beyləqanda İcra başçısı ilə “Vaqif” firması arasında narazılıq – Prezidentin ayırdığı 1 milyon vəsait BƏRBAD abadlğa xərclənir

Tarix:

15-11-2019, 10:50

/ 1 466 dəfə oxundu.
Beyləqanda İcra başçısı ilə “Vaqif” firması arasında narazılıq – Prezidentin ayırdığı 1 milyon vəsait BƏRBAD abadlğa xərclənir

Asif Ağayev “Vaqif” firmasının bərbad abadlıq işlərində “günah keçi”si axtarmağa başlasada, iş adamı Qəhrəman Qəhrəmanov əsas günahkarın icra başçısı olduğu qənaətindədir

Beyləqandan Xalqxeber.az-a daxil olan məlumata görə​ icra başçısı Asif Ağayevlə rayonun abadlaşıdırlmasını həyata keçirən “Vaqif” firması rəhbəri Qəhrəman Qəhərmanov arasında narazılıq yaranıb.

Bildirək ki, Prezident İlham Əliyev Beyləqana son səfərində rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırıb. Həmin vəsait xərclənməsi üzrə keçirilən tenderdə isə qalib rayon icra başçısı Asif Ağayevin yaxın adamı olan Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” firması oldu. Haqqında hər hansı bir məlumat olmayan “Vaqif” firması ilə Beyləqan icra hakimiyyəti arasında 1 milyon manat müqavilə bağlanması isə bir müddət öncə ölkə mətbuatının diqqətini çəkmişdi.​

Daxil olan məlumatda icra başçısı Asif Ağayevin “Vaqif” firmasındna narazı olmasının əsas səbəbinin görülən işlərlə bağlı olduğu deyilir. Belə ki, hazırda abadlıq işləri ilə məşğul olan “Vaqif” firmasının həyata keçirtdiyi işlər həddindən artıq bərbad vəziyyətdədir. Rayon icra başçısı Asif Ağayevin “Vaqif” firmasının gördüyü işləri bəyənmədiyi və narazılığını Qəhrəman Qəhərmanova çatdırdığı deyilir.

Verilən məlumatda bildirilir ki, “Vaqif” firmasının rəhbəri Qəhrəman Qəhrəmanov görülən bərbad işin əsas səbəbkarının əslində icra başçısı Asif Ağayev olduğu qənaətindədir. İş adamı yaxın ətrafına bildirib ki, icra başçısı necə tapşırıbsa işlərdə o cür görülməkdədir. Əslində iş adamı bu iradında haqlıdır. Çünki rayonun abadlıq quruculuq işlərinə nəzarəti İcra hakimiyyəti həyata keçirir və görüləcək işlər barədə göstərişləri bu qurum verir. Görünür Beyləqan icra başçısı Asif Ağayev ortaya çıxan bərbad abadlıq - quruculuq işlərində “günah keç”isi axtarır.

Qeyd edək ki, yaxın günlərdə Beyləqan rayonunda “Vaqif” firmasının həyata keçirtdiyi BƏRBAD abadlıq işləri ilə bağlı Xalqxəbər.az saytı geniş reportajı oxuculara təqdim edəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xalqxeber.Az

Şərhlər

XƏBƏR LENTİ