SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda 1 milyonluq “abadlıq” - Fotolar

Beyləqanda 1 milyonluq “abadlıq” - Fotolar

Tarix:

26-03-2020, 12:41

/ 969 dəfə oxundu.
Beyləqanda 1 milyonluq “abadlıq” - Fotolar

Beyləqan rayonunn abadlaşırılması üçün Prezident İlham Əliyev tərəfindən ayrılan 1 milyon manat vəsaitin xərclənməsi ilə bağlı sosial şəbəklərdə maraqlı məlumatlar yayılıb. PİA.Az “Beyləqan Xəbərləri” səhifəsinə istinadən məlumat verir ki, rayonun abadlaşıdırlması üçün prezident İlham Əliyev tərəfindən ayrılmış 1 (bir) milyon manat vəsait icra başçısı Asif Ağayevlə “Vaqif” firmasının rəhbəri Qəhrəman Qəhrəmanov tərəfindən mənimsənilməsi faktları ortaya çıxıb. PİA.az-ın Beyləqandan əldə etdiyi fotolarda bu iddiaları təsdiqləyir

Qeyd edək ki, rayon mərkəzində “abadlıq-quruculuq işləri” əsasən Beyləqan şəhərində kanal qırağı ərazidə salınan “Sahil” parkında aparılıb. “Beyləqan Xəbərləri” səhifəsi yazır ki, parkda görülən işlərin böyük bir hissəsi müxtəlif idarələrin rəhbərlərinə “yüklənərək” həyata keçirilib. Görülən işlərə diqqətlə nəzər saldıqda isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi açıq-aydın hiss olunur. Şəkillərdən də aydın görünür ki, “1 milyonluq abadlıq” parkın müxtəlif rənglərlə boyanması ilə həyata keçirilib.

“Beyləqan Xəbərləri” səhifəsində qeyd edilir ki, yeni salınan “Sahil” parkında quraşdırılan işıq dirəyinin birinin 5-7 min manat arasında sənədləşdirilib. Bunu icra hakimiyyətindəki mənbələr də təsdiq ediblər. Rayon icra hakimiyyətindən abadlaşdırılmanın davam edəcəyini və işlərin bir hissəsinin görülmədiyini bildirsələrdə, Beyləqanda hər kəs yaxşı bilir ki, icra başçısı Asif Ağayev “Vaqif” firması ilə birlikdə prezident İlham Əliyevin ayırdığı 1 milyon manat vəsaitin böyük hissəsini artıq mənimsəyib. Və yuxarıda da qerd elədiyimiz kimi aparılan işlərdən açıq görünməkdədir.

Onu da qeyd edək ki, səhifə abadlıq-quruculuq işlərini həyata keçirən “Vaqif” firmasının sahibi Qəhrəman Qəhrəmanovun keçmişi ilə bağlı maraqlı məlumatlar da paylaşıb.
Beyləqanda 1 milyonluq “abadlıq” - Fotolar



Şərhlər

XƏBƏR LENTİ