XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Bir icra başçısının Prezidentə xəyanəti – Və ya Asif Ağayevlə “dəllal makler”in ilginc “heykayəsi”

Bir icra başçısının Prezidentə xəyanəti – Və ya Asif Ağayevlə “dəllal makler”in ilginc “heykayəsi”

Bir icra başçısının Prezidentə xəyanəti – Və ya Asif Ağayevlə “dəllal makler”in ilginc “heykayəsi”
4-02-2021, 12:35

Beyləqan rayon İcra Hakimiyyətinin “Abadlıq və quruculuq” işləri üzrə sifarişçi olduğu tenderə yekun vurulub. Dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan səkkiz) manat olan tenderin qalibi “Vaqif” firması olub. Bu barədə məlumat Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytında https://etender.gov.az/ öz əksini tapıb.
Xatırladaq ki, prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Prezidentin Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırıb. Beyləqandan aldığımız məlumata görə isə həmin vəsaitin böyük hissəsi icra başçısı Asif Ağayev və Beyləqan mal-qara bazarının müdiri, Asif Ağayevin dostu Qəhrəman Qəhrəmanov tərəfindən mənimsənilir.
Qeyd edək ki, “Vaqif” firması 2019-cu il iyul ayının 29-da daha bir tenderin, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin “Yolların əsaslı təmiri” lotu üzrə sifarişçi olduğu, 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq daha bir tenderin qalibi olduğu iddia olunur.
Gəlin öncəliklə, qısa da olsa, Qəhrəman Qəhrəmanovun nə işlə məşğul olduğuna bir nəzər salaq. Qəhrəman Qəhrəmanov bir müddət əvvəl Bakı şəhəri, Səbail rayon, Badamdart qəsəbəsi ərazisində daşınmaz əmlakın – mənzillərin və torpaqların alqı satqısı, kirayyəsi işi ilə (maklerlik fəaliyyəti) məşğul olub. Ondan bir neçə il sonra Səhiyyə Naziri Oqtay Şirəliyevin yaxın qohumlarının biri ilə qeyri-rəsmi nigaha girib və bu qeyri-rəsmi izdivacdan sonra Oqtay Şirəliyev onu irəli çəkərək nazirliyin Təmir-tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edib. O zamandan nazirlik tərəfindən ölkənin səhiyyə obyektlərinin təmir-tikinti işləri üçün dövlət tərəfindən hər il ayrılan milyonların bir hissəsini mənimsəmək hesabına varlanıb, oliqarxa çevrilən Qəhrəman Qəhrəmanov bu günləri də icra başçısı Asif Ağayevlə birləşərək rayonun abadlığına ayrılmış dövlət vəsaitlərinə qənim kəsiliblər. Xərclənən vəsaitlər həddən artıq şişirdilir.
İddia edilir ki, Qəhrəman Qəhrəmanov Beyləqan rayonunda heç də yaxşı xarakterizə olunmur. Hətta o, bir müddət əvvəl Beyləqan rayonunda dindarların etirazına baxmayaraq, şəhərin məscid binası üçün ayrılmış torpağında zor gücünə özünə və yaxınlarına ev tikdirib. Məhz bu gündə həmin evlərdən birini Asif Ağayevə bağışladığı iddia edilir.
İddia olunur ki, Q. Qəhrəmanov Oqtay Şirəliyevlə qeyri-rəsmi qohum olandan sonra ulduzu parlayıb. Səhiyyə Nazirliyinin paytaxtda və rayonlardakı bir çox təmir tikinti işlərin Qəhrəman Qəhramanova məxsus “Vaqif” Firması həyata keçirib. Aldığımız məlumata görə Q. Qəhrəmanova məxsus şirkətin Səhiyyə sistemində çoxsaylı tenderlərin qalibi elan olunub.
RealMedia.az xəbər verir ki, mediada yayılan məlumatlardan biri də ondan ibarətdir ki, , Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra rayonda yeganə yaxın olduğu şəxs məhz Qəhrəman Qəhrəmanov olub. Hətta icra başçısı oğlunun toy mərasimində belə Beyləqandan təkcə Qəhrəman Qəhrəmanova masa ayırıb. Bu üzdən də icra başçısı Beyləqan rayonunun “abadlığını” Q. Qəhrəmanova məxsus “Vaqif” firmasına həvalə edib. Yaranmış bu münasibətdən dolayı da icra başçısı Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” firmasını tenderlərin mütləq qalib elan edir. Əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, məqsəd heç də görülən abadlıq işlərinin keyfiyyətli və dözümlü olması deyil, əsas məqsəd görülən işlərin hər qarşında korrupsiya məqsədi güdülməkdir. Yaxşı olar ki, Baş Prokuroruluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Vaqif” firmasının beş illik dövrünü əhatə edən fəaliyyəti araşdırıla.
Apardığımız araşdırmalar saytımıza verilən məlumatda bildirilir ki, Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” Firmasının Beyləqan şəhəri kanalüstü ərazidə, eləcə də Mücirəddin Beyləqani heykəlinin ətrafında həyata keçirtdiyi abadlıq-quruculuq işlərinin əksəriyyəti olduqca keyfiyyətsizdir və kənardan müşahidə etdikdə xərclənən vəsaitin böyük bir hissəsinin mənimsənilməsi açıq-aydın görünür.
Sakinlər bildirirlər ki, hələ indiyə qədər heç yerdə rast gəlməyiblər ki, sakinlərin gedib gəldiyi səkilərə asfalt vurula. Ancaq Beyləqan rayonunda səkilərə döşənən üzlük daşlar sökülərək əvəzində asflat çəkilib. Belə bir teknologiya heç bir öklədə görünməyib. Bildirilir ki, hansı ki asfalt vurduqları səkilərə, sənəd üzərində fərqli, güya kı bahalı üzlük daş döşəyiblər kimi yazıblar. Bunun adı nədir? Bu, Prezidenti aldatmaq, prezidentə xəyanət, dövlət vəsaitini mənimsəmək, deyil də bəs nədir?
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq…

RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.