SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda zədəli evlər niyə təmir olunmur? - ŞİKAYƏT+VİDEO

Şamaxıda zədəli evlər niyə təmir olunmur? - ŞİKAYƏT+VİDEO

Tarix:

12-11-2019, 17:40

/ 1 222 dəfə oxundu.
Şamaxıda zədəli evlər niyə təmir olunmur? - ŞİKAYƏT+VİDEO

Şamaxı rayonu Çöl Göylər kənd sakini Bəşirov Əlşirin Balakişi oğlu AFN-in redaksiyasına video-müraciət göndərib. Vətəndaş bildirir ki, bu ilin fevralında rayonda baş verən zəlzələ zamanı onun evi ciddi ziyan görüb.

“Evim tam yararsız vəziyyətə düşmüşdü” deyən Ə.Bəşirovun sözlərinə görə, gəlib evi təmir siyahısına salıblar: “Halbuki ev sökülüb yenidən tikilməli idi. Dedik olsun, təmir edin, təki qəzalı vəziyyətdə yaşamayaq. Evin yanlarına dirəklər söykəmişik ki, uçmasın. Gəlib söküb-tökdülər ki, təmir eləsinlər, onu da eləmədilər, qoyub gediblər. Gündə bir dəstə uşaq göndərirlər, gəlir oranı-buranı sökür gedirlər, heç bir bərpa işi aparmırlar. Deyirlər ki, pul verən yoxdur, işləmirik. Ölkə rəhbəri zəlzələ ilə bağlı Şamaxıya iki dəfə vəsait ayırsa da, o pulları kimsə yeyib, bizim problemlərimiz həll olunmayıb. Evimin döşəməsi 30 il əvvəl vurulub, zəlzələ zamanı tam yararsız hala gəldi, deyirlər yenisi vurulmalı deyil, köhnəni bərpa edəcəyik, heç onu da etmirlər. Bu vəziyyətdə olan tək mən deyiləm, çox adam şikayətçidir”.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək cəhdimiz nəticəsiz qaldı. Qurumun rəsmi internet ünvanında göstərilən telefonlara zəng etsək də cavab verilmədi. Rayonun icra başçısı Tahir Məmmədova sosial şəbəkə vasitəsilə yazıb şikayət olduğunu və araşdırmaq istədiyimizi dedik. Başçı bizimlə əlaqə saxlanacağını desə də, cavab olmadı.
FHN-in mətbuat katibi Gülçin Mehdiyevaya etdiyimiz zənglər də cavabsız qaldı.

Xatırladaq ki, bir müddət öncə ölkə başçısı İlham Əliyev də Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşən məktəbin təmir olunmamasından narazılığını dilə gətirmişdi.

Şərhlər

XƏBƏR LENTİ