SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Rüşvət vermədiyim üçün evimi tikən yoxdur” - VİDEO

"Rüşvət vermədiyim üçün evimi tikən yoxdur” - VİDEO

Tarix:

3-12-2019, 11:46

/ 931 dəfə oxundu.
"Rüşvət vermədiyim üçün evimi tikən yoxdur” - VİDEO

Ağsu rayon Axunlu kənd sakini İsmayılov Zülfü Mustafa oğlu Sozcu.az saytına yazaraq, yaşadıqları evin qəzalı vəziyyətdə olduğunu bildirib. Zülfü İsmayılov idda edib ki, zəlzələ nəticəsində xəsarət alan evlərin tikilməsi üçün ayrılan pullar doğru yerə xəriclənmir:

“Mən İsmayılov Zülfi Mustafa oğlu Ağsu rayon Axunlu kəndində 6 nəfərdən ibarət ailə üzvlərimlə acınacaqlı, hər an uçmaq təhlükəsində olan bir evdə yaşayırıq. Yaşadığımız ev 1954-cü ildə çiy kərpiçdən tikilib. Evin içi də, çölü də yararsız vəziyyətdədir. Buna baxmayaraq Fövqaladə Hallar Nazriliyinin (FHN) komisiyyası evə baxış keçirərək, bu cür yararsız evə təmir yazdılar. Bu azmış kimi 5 aydan artıqdır ki, bizmlə maraqlanan yoxdur.

Mən 10-15 ev tanıyıram ki, sahibləri burda yaşamır, sadəcə olaraq yayda gəlib istirahət etmək üçün rüşvət verərək içində yaşamadıqları evləri yenidən tikdiriblər. Məndə rüşvətlə tikilən evlərin siyahısı var. Cənab prezidentimizin ayırdığı pullar təyinatı üzrə istifadə olunmur. Kim ki, rüşvət verib, onların evləri tikilib və təmir olunub. Mən bununla bağlı dəfələrlə icra nümayəndəliyində olsam da, hər dəfə məni bir bəhanə ilə aldadaraq yola verirlər.

Mən dövlətimizin başçısından xahiş edirəm ki, bizim ailəmizə dəstək olsun. Kasıbları saya salan yoxdur. Xalqı dövlətin üstünə qaldırırlar”.

Şərhlər

XƏBƏR LENTİ