SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR

Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR

Tarix:

24-08-2018, 13:49

/ 1 704 dəfə oxundu.
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR

Tərtərdə məcburi köçkünlərdən rəsmilərə ağır ittihamlar var.

Onlar məcburi köçkünlər üçün tikilən evlərin pulla satıldığını deyirlər.

Tərtər Texniki Peşə məktəbində məskunlaşan ailələrin əksəriyyətini məcburi köçkünlər üçün evlərə köçürsələrdə 73 yaşlı ana iki qızı , iki körpə nəvəsi ilə hələ də burada yaşayırlar. Buna yaşamaq demək mümkünsə. Binanın qazı, işığı, suyu kəsilib. Antisanitarıya baş alıb gedir. Hamam, yuyunmaq üçün şərait belə yoxdur. Texniki Peşə Məktəbinin 5 mərtəbəli binasına daxil olanda zibil basmış blok, sökülmüş, qapıları çıxarılmış otaqlar, dəhliz boyu bərbad hala düşmüş divarlarla qarşılaşırıq. Məlum olur ki, Binada məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləndən sonra geridə qalan mənzərə belədi. Bu sökülmüş, bərbad hala düşmüş binada hələ də yaşayan məcburi köçkün var. Bizi qarşılayanlar arasında 3 balaca körpəni də görürük. İlk mühasibimiz Şəfiqə Əmrahova adlı 73 yaşlı ahıl nənə olur.

Şəfiqə Əmrahova Kəlbəcər şəhərindən məcburi köçkündür. Bildirdiyinə görə 1993-cü ildən Tərtər Texniki Peşə Məktəbinə məxsus binada məskunlaşıblar. Deyir ki, onları burda Tərtər İcra Hakimiyyətinin o zamankı icra başçısı Sərdar Həmidov yerləşdirib: "Qadan alım, İlham Əliyev bizə gün ağlayıb, ev tikir, şəraitimizi yaxşılaşdırmaq barədə göstərişlər verir, yerdəki nümayəndələri isə bizi bu acınacaqlı duruma salıblar. Altı aydı işığımızı, suyumuzu kəsiblər . Gündə taksiyə iki manat verib, bir vedrə su gətirirəm. Bununla qoca arvad dolanar?.”

Şəfiqə xanım bildirdiyinə görə işığını kəsməklə bərabər, ona dövlət tərəfindən nəzərdə tutulan işıqpulunu da vermirlər: "Altı aydı işığımızı kəsiblər. İşıqpulunu da vermirlər ki, şama verib, gecələr işığında oturum. Aldığım pensiyanı da suya, şama verirəm. Balaca oğlum bir dəfə bura aparat gətirdi. İşıqlandırma verdi. İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbin direktoruna deyib ki, gedin görün onlar işığı hardan götürüb. İşığı kəsin.”

Şəfiqə xanımın qızı Əmrahova Hicran Nürəddin qızı yaşadıqları durumu belə izah edir: "Cənab prezidentimiz məcburi köçkünlərin yaşayışını yaxşılaşdırmaq məqsədilə evlər tikib. Buna baxmayaraq 3 ailə peşə məktəbinin binasında qalıb. Fevral ayından məcburi köçkünləri köçürüblər. Burda qalan ancaq bizik.”

Hicran Əhrahovanın dediyindən məlum olur ki, anası Şəfiqə, həyat yoldaşından ayrılmış, iki uşaq anası olan bacısı Arzu Əmrahova məktəbdə qalan ailələrdəndir.

Arzu Əmrahovanın iki qız övladından birinin adı Dilbər, digərininki isə Aynurdu. Birinin 4 yaşı, o birisinin isə 3 yaşı var. Uşaqlardan biri də epilepsiya xəstəsidir, xəstəliyinə görə pensiya alır.
Hicran Əmrahovanın özü də 2006-cı ildən ayrı təsərrüfatdı. Ana və bacılar Qaçqınkomda ayrı ailələr kimi qeydiyyatda olublar. Onların komunal xidmətləri, suya, qaza, işığa görə xərcləri, sayğacları ayrı olub.
73 yaşlı ana, azyaşlı uşaqlar olmasına baxmayaraq məcburi köçkünləri köçürərkən onların niyə köçürülmədiklərinin səbəbini Hicran Əmrahova belə izah edib: "Üç ailə ayrı-ayrı təsərrüfat olduğumuz halda bizə bir yerdə ev vermək istiyirdilər. Etirazımızı bildirəndə Tərtər rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov polislərini göndərib, şəxsən məni döydürdü. Şöbəyə apardılar, ordan məhkəməyə gətirdilər, polisə müqavimət göstərmək maddəsilə 200 manat adıma cərimə yazdılar.”

Polisə müqavimət göstərmədiyini, polis tərəfindən fiziki zora məruz qaldığını bildirir Hicran Əmrahova: "Camaatın gözü qarşısında "FİAT” maşınına basıb polislər məni şöbəyə aparıblar. Raport yazıb məhkəməyə gətiriblər. 200 manat da cərimə yazıblar.”

Polislə aralarında yaranan münaqişə barədə danışaraq qeyd edir ki: "Keçmiş Qaçqınkomun vaxtı idi. Gələn nümayəndə Elman İsmayılova incik şəkildə bildirdim ki, qanunla bizə düşən evi vermirsiniz. O da dedi ki, əmiqızı düzəlişərik. Dedim ki, anamla mənə bir ev, bacıma və onun uşaqlarına da başqa ev verin. Elman İsmayılov mənimlə razılaşmadı. Dedi ki, ananızı qocalar evinə qoyun, bacınızla siz də bir yerə yığılın. Sonra da qolumdan tutub, evlər pulla satılıb- demisən, kimə satılıb? Mən də dedim ki, fakt filankəslərə satılıb. Adbaad kimlərə satıldığını dedim.”

Hicran Əmrahova pulla ev alan adamların adlarının Elman İsmayılova yazıb verdiklərini deyir. Qaçqınkomda aparılan dəyişiklikdən sonra da rəsmilərlə görüşüblər. Əsas tələbləri də komissiya yaradılması və qanunsuzluqların aradan qaldırılması olub.

Hicran Əmrahova rəsmilərin onlarla prinsip apardığını deyir: "Bizi bu dağıntılar arasında, işıqsız, qazsız, susuz binada saxlamaqla cəzalandırırlar. Hakimiyyətdən artıq ev istəmirik. Torpağımızı istəyirik. Alsınlar, versinlər, çıxıb dağılan evimizə gedək sığınaq”.

Onlara anasına, iki uşağı ilə bacısına və özünə 5 nəfər ilə birlikdə 3 otaqlı ev vermək istəyiblər. Hicran Əmrahovagil təklifi qəbul etməyiblər. Deyir ki, bəlkə mənim elə bir problemim var ki, bacım onu bilməli deyil.

Müsahibimiz Qaçqınkomun yeni sədrinin qəbulunda olduğunu, gördüyü xoş münasibətdən razı qaldığını bildirib.
Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin rəhbəri Möhlət Nəzərov bildirib ki, Əmrahovlar ailəsinin tələbini hazırda təmin eləmək mümkün deyil. Hazırda mənzillərimiz bölüşdürüldüyünə görə onları birgə olaraq ancaq 3 otaqlı evlə təmin eləmək mümkündür. İndi ki, halda onlar birgə verilən evdə yaşasalar, gələcəkdə tikiləcək mənzildə ikinci ailə üçün də qoyulan tələbi təmin edərik.
Möhlət Nəzərov yeni inşa olunacaq qəsəbə üçün 25 hektar torpaq sahəsinin ayrıldığını, yaxın vaxtlarda prezidentin sərəncamı ilə yeni binaların tikintisinə başlanacağını deyib.

Miq.Az
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR
Tərtərdə məcburi köçkünlərdən rəsmilərə- AĞIR İTTİHAMLAR

Şərhlər

XƏBƏR LENTİ