Prezidentin səfəri ərəfəsində Tərtərdə narazılıq-KÖÇKÜNLƏR YOLU KƏSMƏK İSTƏYİR
Tərtərdə məskunlaşan bir neçə məcburi köçkün ailəsi prezident İlham Əliyevin rayona səfəri ərəfəsində yolu bağlamaq niyyətindədirlər.
Rayondan verilən məlumata görə narazılıq məcburi köçkünlər üçün yeni salnmış qəsəbədə ev bölgüsü zamanı olan qanunsuzluqlardır. Xəbər verilir ki, həm Ağdam , həm yerli Tərtər icra hakimiyyəti işçilərinin mənzil verilməsi zamanı müdaxilələri vətəndaşları hiddətləndirib.Bu səbəbdən 15-dən Ağdamdan olan məcburi köçkün ailəsi ev almaqdan imtina edərək: ” Ya qanunda nəzərdə tutulduğunu verin, ya da lazım deyil” deyərək həmin mənzillərdən imtina ediblər.
Bu barədə prezidentə teleqram vurublar. Sabah isə prezidentin Tərtərə gəlişi gözlənilir. Narazı ailələr yolu kəsərək diqqət çəkməyi planlaşdırıblar. Onlar yerli icra strukturlarından birbaşa prezidentə şikayət etmək niyyətindədirlər.
Realmedia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...