SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Tarix:

Bu gün, 07:44

/ 69 dəfə oxundu.
Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Masallı məktəbində ilginc olay baş verib.

Masalli rayon Rudəkənar kənd orta məktəbin direktoru Cəmşid  Xanməmmədov   işçisinə əxlaqsız təkliflər edir?


XALQ-a müraciət edən Nuranə Vəliyeva (ad soyad şərtidir) Masalli rayon Rudəkənar kənd  orta məktəbində texniki işçi kimi işləyib. Məlumata görə bir müddət öncə  Nuranənin həyat yoldaşı vəfat ediyi üçün   üçün məktəbə işə düzəlib. Lakin  məktəb direktoru Cəmşid  Xanməmmədov  vəzifəsindən, səlahiyyətlərində sui-istifadə edərək  Nuranəni təqib etməyə başlayıb. Ona müxtəlif təkliflərlə şərait yaradaçağını və sair fikirlərlə münasibət yaratmaq istəyib. Lakin Nuranə bu məsələdə qətiyyət göstərərək ona rədd cavabı verib və işə getməyib.

Bu illər ərzində işə getməyən Nuranə bildirir ki, indi xəbərdar olub neçə illərdir adım işdə gedir lakin mənim xəbərim olmayıb, və məvacibimi  direktor alıb.  Bütün bunlardan sonra Nuranə məcburən işdən çıxarılıb  və təqibə məruz qalıb.

Qeyd edək ki, məktəb direktoru Cəmşid  Xanməmmədov  müxtəlif vaxtlarda Nuranənin   qonşusuluğunda yaşayan Rusiyada sahibkarlıqla məşgul olan qardaşı Bəhruzun evinə gəlib-gedib. Həmin vaxtlarda qonşu olduğumuz üçün vəfat etmiş yoldaşımın qohumu olduğuna görə bizim həyatədə gəlib.   Lakin mən ona burada tək yaşayram qızım ailəli, oğlum hərbi xidmətdədir bura gəlməyin dedikdə o, mənə yenidən müxtəlif təkliflər verib  və onunla kəbin kəsdirməsini təkid edib. Lakin Nuranə bildiri ki, mən rədd cavabı vermişəm və bu biabırçılıqla bağlı direktorun həyat yoldaşına zəng edərək xəbərdar etmişəm.

Bu hadisələrdən sonra  Çəmşid Xanməmmədov kənddə onun adına ləkə gətirəcək, müxtəlif şər-böhtandan ibarət xoşəgəlməz söhbətlər yayıb.

Məsələ ilə bağlı  Nuranə valideynlərinə kömək məqsədi ilə müraciət edib. Valideynləri məktəb direktoru  Cəmşid  Xanməmmədovla  telefonla danışaraq bu məsələlər son qoymağa çağırıb. Lakin o öz əməllərindən əl çəkməyərək danışıq zamanıda təhdid edərək, Nuranəni biabır edəcəyini və Rusiyada olan reketlere bu barədə bildircəyini söyləyərək müəllimə yaraşmayan tərzdə söyüş söyüb, və bildirib ki, o mənlə kəbin kəsdirməlidir yoxsa onu çılpaq edib videosunu çəkərək sosial platformada biabır edəcəyəm.  Hətta danışıq zamanı qeyd edib ki,  belə hadisələrə görə  kimisə bıçaqlayacaqmış.

Bu xoşəgəlməz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub  və araşdırma aparılır.

Məsələ ilə bağlı Masalli rayon Rudəkənar kənd orta məktəb direktoru  Cəmşid  Xanməmmədovla əlaqə saxladıq o, açıqlamasında bildirib ki, bu hadislərlə bağlı  izahat verib.  Əməkdaşımızın suallarına isə münasibət bildirməkdən imtina etdi. 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayon təhsil sektorundan məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Yazıda adları keçənlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Masalli rayon Rudəkənar kənd orta məktəb direktoru Cəmşid  Xanməmmədovun   və Nuranənin valideynlərinin telefon danışıqlarını  təqdim edirik( danışıq zamanı təhdid, təhqir və söyüş olduğu üçün ixtisarla təqdim edirik) (Xalq.online)


Şərhlər

XƏBƏR LENTİ