Məcburi köçkünlərdən kimlərə müavinət verilməyəcək? - SİYAHI
Dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli məcburi köçkünlərə 36 manat aylıq müavinət verilməyəcək.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları təsdiqlənib və işlər həmin qaydalar əsasında icra ediləcək.
Qaydalardan birində nəzərdə tutulub ki, adına ev sənədi olan məcburi köçkünlərin də aylıq müavinəti kəsilir. Əhali arasında belə məlumat yayılıb ki, dövlət tərəfindən məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzil sahibi olan məcburi köçkünlərin də aylıq müavinətləri ödənilməyəcək.
Məsələ ilə bağlı Komitədən Lent.az-a bildirildi ki, aylıq müavinətin kəsilməsi həmin məcburi köçkünlərə şamil edilmir: “ Həmin mənzillər o məcburi köçkünlərin tam mülkiyyətinə verilmir. Mənzillər onlar üçün müvəqqəti yaşayış sahəsi kimi nəzərdə tutulduğundan aylıq müavinətləri ödəniləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək