Məcburi köçkünlər Pirşağıda etiraz edir - Foto
Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasının məcburi köçkünləri elektrik sayğacının quraşdırılmasına etiraz edir
Bu barədə qəsəbədə yaşayan məcburi köçkünlər məlumat veriblər.
Məlumatda bildirilir ki, 200-ə yaxın məcburi köçkün elektrik sayğaclarının quraşdırılmasına etiraz edir. Hazırda əraziyə polis cəlb olunub. Şuşa rayon icra başçısı Bayram Səfərov və Sabunçu rayon icra başçısı Adil Vəliyev də məcburi köçkünlərlə dialoq aparmaq üçün ərazidədir.
Qeyd edək ki, bundan öncə Yasamal rayonu Şərifzadə küçəsindəki Rabitə və Nəqliyyat kollecinin beş mərtəbəli iki yataqxanasında məskunlaşan məcburi köçkünlər və məcburi köçkün olmayan ailələr elektrik sayğaclarının quraşdırılmasına imkan verməyiblər.
Yanvarın 26-da saat 12-də “Azərişıq” ASC-nin mütəxəssisləri yataqxanalara gəliblər və evlərə sayğac quraşdırmaq istəyiblər. Yataqxana sakinləri işsizlikdən dolanışıqlarının ağır olduğunu işıq pulunu ödəmək imkanında olmadıqlarını əsas gətirərək sayğac quraşdırılmasına etiraz ediblər. Sakinlər ilə “Azərişıq” nümayəndələri və onlarla birlikdə gələn şəxslər arasında narazılıq yaranıb. Yataqxana sakinləri Şərifzadə küçəsinə çıxaraq yolu bağlayıblar. Polis əraziyə gəlib danışıqlar apardıqdan sonra aksiyaçılar yolu açsa da, sayğac quraşdırılmasına imkan verməyiblər. Tələbləri bu olub ki, əvvəl onları işlə təmin etsinlər, sonra sayğac quraşdırılsın.
Xatırladaq ki, bu günlərdə dövlət başçısı sərəncam imzalayaraq məcburi köçkünlərə aylıq müavinət ayrılmasını nəzərdə tutub. Həmin sərəncama görə, hər məcburi köçkünə ayda 36 manat həcmində müavinət ayrılır və o, bu pulla bütün kommunal xərclərini ödəməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...