SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü "Bizi icra başçısının zülmündən..." - ŞİKAYƏT

Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü "Bizi icra başçısının zülmündən..." - ŞİKAYƏT

Tarix:

27-02-2017, 20:19

/ 2 139 dəfə oxundu.
Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü "Bizi icra başçısının zülmündən..." - ŞİKAYƏT

Əvvəl Qazax rayon icra başçısı vəzifəsini çalışan bu məmur hal - hazırda Yardımlı rayon icra başçısıdır. Rayona gəldiyi gündən otağından çölə çıxmayan rayon rəhbəri yerli əhali arasında narazılıqlar yaradıb. Yardımlılar cənab Əsgərovun barəsində heçdə xoş olmayan söhbətləri çayxanalarda belə müzakirə edirlər. Həttda yayılan xəbərlərdə oda iddia olunur ki, icra başçısı aparatda işləyən şəxsi, dəfələrlə həcc ziyarətində olamasına baxmayaraq məcbur içki içirdib. Bu da rayonda dindar əhali arasında heçdə yaxşı qarşılanmayıb.

Qazaxı məzarlığa çevirən adam

“Qazax camaatı isə deyir ki, köhnə icra başçılarına rəhmət oxumaqdan dilləri qabar olub. Çünki hər gələn başçı daha dağıdıcı, daha talançı olur. Elə bizim söhbət edən qazaxlı ağsaqqal da ötənlərə xeyli rəhmət oxudu: "Rauf Hüseynov, "Qazaxın Pinoçeti" olan Əsəd Orucova rəhmət oxutdu, Ayaz Əsgərov Rauf Hüseynova rəhmət oxudur. Ayaz Əsgərovdan sonra kim gələcəksə- daha ona satmağa torpaq yeri qalmayacaq. Buna görə də o xam xəyallara düşən şəxsə deyirəm ki, ağlın olsun, mayanı batırma. Artıq Qazax ölü rayona çevrilib- Buraya pul qoymağa dəyməz".

Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər. Vaxtı ilə Əsəd Orucovun dövründə ümümi şöbə müdiri işləmiş, həmin dövrdə Həccə getmiş, indi isə Quşçu Ayrım kəndində icra nümayəndəsi vəzifəsində çalışan Elman Nəsibov sabiq başçının oğlunun nişan mərasimində ona xoş gəlmək üçün "vodka" içib. Bu isə Mirzə Cəlilin məşhur "Qurbanəli bəy" əsərini xatırladır. Siz də xatırladınızmı? Qurbanəli bəy rus xanımlarını görüb özündən çıxır və nökərinə "vodka" içirdir. Burda isə məsələ fərqlidir. Yəni aradan onillər keçib və azərbaycanlı bəylərin inzibati idarəçiliyi o həddə çatıb ki, nökərə "vodka" içirtmirlər. Nökər özü xoş gəlmək üçün "vodka" içir, "həci" olsa belə.”

Ayaz Əsgərovla bağlı iddialar bununla bitmir.. Belə ki, Yardımlıda fındıqçılığın inkişafı adı altında yerli idarə çalışanlarından pul yığılması ilə bağlı göstərişin verildiyi haqda mediada informasiya dərc edilmişdir. Narazı sakinlər bildirirdilər ki, hər bir yerli idarə işçisindən icra hakimiyyəti tərəfindən 43 manatdan, idarələrdən isə 4000 manat tələb olunur.

Yardımlıdan narazı sakinlər redaksiyamızın elektron poçtuna yazır:

"Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov tapşırıb ki, yerli idarələrdə çalışan işçilər 1 aylıq vəzifə maaşlarını, ya da bayramlarda verilen "premya"larını icra hakimiyyətinə versin. Və fındıq tingləri alınmaq üçün bu addım atılıb. Yardımlıda fındıqcılıq inkişaf etdirilsin.
Axı bu gun gözunu 1 aylıq maaşına dikən yazıq vətəndaş nə etsin. Belə bir şərt də qoyublar: ya əməkhaqqının 1 ayı veriləcək, ya da ki işdən azad olunaqcaqlar.
Təhsil sahəsində çalışanların hər birindən 43 manat, Səhiyyə işçilərindən hər bir işçidən 43 manat, Mədəniyyət işçilərinin hər birindən 43 manat... İnzibati Ərazi Dairələrinə tapşırıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat yığılmalıdır. Tapşırılıb ki, əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat pulu verməlidir. Xahiş edirik bizə yardım edin. Heç bir rayonda belə bir şey yoxdur. Yardımlı rayonunda niyə belə bir tələb qoyulub. İnanırıq ki, bir həlli yolu tapılacaqdır".

Pənah gətirən vətəndaşlar guman edirlər ki, media vasitəsi ilə əhalinin iliyindəki qana göz dikkənlərin qarşısı alınacaq.
Çox hörmətli Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının I-ci Vitse-prezidenti Mehriban xanım Əliyeva müraciət edib kömək istəyən yardımlılar Əsgəreov zülmünə son qoyulmağı diləyirlər.

Daxil olan məlumatları dərc etməmişdən öncə dəfələrlə Yardımlı rayon icra hakimiyyətinə məxsus nömrələrə zəng etdik. Dəfələrlə zəng etməyimizə baxmayaraq cavab verən olmadı.

Yazıda adları çəkilən hər bir şəxsin və ya qurumun nümayəndələrini dinləməyə hazırıq...

BakuNews

Şərhlər

XƏBƏR LENTİ