SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yardımlıda "fındıqpulu" qalmaqalı böyüyür - İcra başçısı "endirim edib"

Yardımlıda "fındıqpulu" qalmaqalı böyüyür - İcra başçısı "endirim edib"

Tarix:

2-03-2017, 10:54

/ 2 004 dəfə oxundu.
Yardımlıda "fındıqpulu" qalmaqalı böyüyür - İcra başçısı "endirim edib"

Redaksiyamıza Yardımlıda yerli idarə və müəssisə rəhbərlərindən rayonda fındıqçılıq təsərrüfatının yaradılması, inkişafı üçün pul toplanılması "kampaniyasının" yeni məcraya yön aldığı haqda informasiyalar daxil olub. xalqxeber.az xatırladır ki, bir neçə gün əvvəl Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun adından qeyd olunan müəssisə və idarələrdən 4 min manatdan pul toplanıldığı haqda xəbəri təqdim etmişdik.

İndi isə xalqxeber.az-a yazan Yardımlı sakinləri bildirir ki, artıq icra başçısı qeyd olunan məbləğdə endirim də edib və artıq 4 min manatdan yox, 500 manatdan pul toplanılır. Redaksiyamızın elektron poctuna göndərilən müraciəti olduğu kimi təqdim edirik:

"Salam Yadımlı rayonundan yazırıq Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov yenə Fındıqçılığın inkişafı üçün idarə müəssələrdən bu dəfə 4000 min manatdan düşülüb 500 manat ərazi dairəlrindən pul tələb edir.Belə ki, bu dəfə öz əliylə yox Yardımlı rayon Azpoctun rehbəri Anar Əkbərova tapciriq verdirib ki bu dəfə pulu sən yığ burdan rabitı və infarmasiya naziri cənab Ramin Quluzadədən sorusmaq isdəyirik Anar Əkbərov Fındıq yığmaq ucun oturub Azpoct rehberi.Bele ki dunenden yene İcra Hakimyyətinin Başçısı Ayaz Əsgərov,birinci muavin Azər Xamıyev ,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsimüdirinin müaviniElçin Adil oğlu Mirzəyev ve bu defede Yardımlı Azerpoctun muduru Anar Əkbərov qosulub.Burdan Cənab Prezidentimizə.Azərbaycan respublikasının birinci vitse –prezidenti Mehriban xanım Əliyevaya,Prezident Admistrasiyasının sediri cənab Ramız Mediyev və Rabitə və Yüksək Texnalogiyalar Naziri cənab Ramin Quluzadədən xahiş edirik ki, Yardımlıda Ayaz Əgərov və başına yığdığı bu məmurlar barede bir tədbir görülsün. Ayaz Əsgərov deyir ki bu yuxarıdan deyilib hara şikayet edirisiz edin o pulu sizdən alacam.Fındıqçılığı inkişaf etdirmək deyil pul yığmağın yeni metodudur".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ