"Ola bilsin ki, Ayaz Əsgərov görəv başında bir ilini doldura bilməsin"
Məlumdur olduğu kimi, 19 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunan Ayaz Əsgərovun qeyd olunan görəvi başında bir ili tamam olmaq üzərədir. Amma deyəsən bu, heç də hər kəsin ürəyincə deyil. Bu barədə Yardımlı sakinləri bildiriblər.
Qeyd edək ki, buna qədər Qazax rayon icra hakimiyyəti başçısı postunu tutan Ayaz Əsgərovun qardaşı Arif Əsgərov bu günlərdə Nəqliyyat Nazirliyinin ləğv edilməsilə işsiz qaldı. Keçmiş NN şefi Ziya Məmmədovun himayəsi altında olan Arif Əsgərovun təbii ki, görəvsiz qalması qardaşının da durumuna təsir etməmiş deyil.
Bunu xatırladan mənbə bildirir ki, Ayaz Əsgərov hazırda bir sıra nöqsanları ilə "yuxarıların" diqqətini cəlb etməyə müvəffəq olub. Mənbənin söylədikləri: "Məsələn, son olaraq isə Ayaz Əsgərov yerli məmurları incitməsilə diqqətə gəlib. Belə ki, qarşıdan gələn "1 İLLİK" münasibətilə həm icra hakimiyyətində çalışanlardan, həm də yerli idarə və müəssisə rəhbərlərindən xərac yığma qərarı başçıdan Bakıya şikayətlərin ünvanlanmasına nədən olub ki, bunun da Ayaz Əsgərova baha başa oturacaq".
Mənbə bildirir ki, artıq bunun işartıları sezilməkdədir: "Ola bilsin ki, Ayaz Əsgərovu görəv başında bir ilini doldura bilməsin".
Qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək