SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 25-ci  ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir

Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 25-ci  ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir

Tarix:

24-02-2017, 12:09

/ 2 325 dəfə oxundu.
Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 25-ci  ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir

23 fevral 2017-ci il tarixdə Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı və tələbələrin iştirakı ilə ”26 fevral –  Xocalı  soyqırımı”nın     25-ci  ildönümü  ilə   bağlı anım tədbiri  keçirilmişdir.
     Xocalı şəhidlərinin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.
        Tədbiri giriş sözü ilə kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qonaqları təqdim edərək qeyd etdi ki, Xocalı faciəsinin 25-ci ildönümü rayonumuzun idarə və təşkilatlarında da geniş qeyd  olunur. Bununla əlaqədar yığıncaqlar, dəyirmi masalar, disputlar, konfranslar keçirilir.
        Qarabağ Müharibəsi Əlilləri ,Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova çıxışında bildirdi ki, 25 ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirərək soyqırım törətmişlər. Bundan başqa bütün tarixi abidələri də məhv etmişlər. Artıq Xocalı soyqırımını dünya dövlətləri də tanımağa başlamışlar.
        Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxışında qeyd etdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman- zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir. Bizim gənclərimiz bunu unutmamalıdır  və bütün müasir imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar. Biz gənclər işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda hər an döyüşə hazırıq və hər  an cənab  Ali Baş Komandanın əmrinə müntəzirik.
         Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov çıxış edərək qeyd etdi ki, XX əsrin ən dəhşətli faciəsi olan, erməni şovinistləri tərəfindən törədilən Xocalı soyqırımından 25 il ötür. O,əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, tarixdə ilk dəfə olaraq “genosid” sözünün 1944 –cü ildə yəhudi əsilli Polşa hüquqşunası Rafael Lemkin tərəfindən leksikona daxil edildiyindən, 9 dekabr 1944-cü idə isə “Genosid cinayətin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın qəbulu ilə ona rəsmi status verilməsindən danışdı.
        Xocalı sakini, gənc şair Davud Fərhad, kollecin tələbəsi Şirin Alıyev Xocalı faciəsinə həsr etdikləri şeirlərini oxudular.
       Tədbirin sonunda Gənclər və İdman İdarəsinin könüllülərinin  və kollecin tələbələrinin birgə hazırladıqları ədəbi-bədii-müsiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu.
       Tədbiri kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev bağlı elan etdi.

Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 25-ci  ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir
Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 25-ci  ildönümü ilə  bağlı anım tədbiri keçirilmişdir

Şərhlər

XƏBƏR LENTİ