Bərdə rayonunda Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Bərdə rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları tədbirdən əvvəl rayon məktəblilərinin “Xocalı uşaqların gözü ilə” adlı rəsm və Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir Xocalı faciəsi ilə bağlı video-çarxın izlənməsi ilə başlanmışdır.
Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Xocalı faciəsi ilə əlaqədar məruzə etmişdir. Bildirmişdir ki, Xocalı faciəsi bütünlükdə insanlığa qarşı törədilmiş cinayətdir. O müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunmuşlar. Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsi yaşayır.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Bərdə rayon üzrə səlahiyyətli nümayəndəsi Ramiz Qəhrəmanov, Xocalı rayonundan olan, 27 il erməni əsirliyində qalmış Valeh Hüseynov, həmin gecə 19 nəfər ailə üzvü və yaxınlarını itirmiş Xalidə Həsənova çıxış etmiş, həmin gecə baş vermiş faciənin canlı şahidi olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşmüşlər. Tədbirdə Xocalı rayonundan olan məcburi köçkünlərin bir qrupuna maddi yardım təqdim edilmişdir.
Tədbir iştirakçılarına Xocalı faciəsi ilə əlaqədar Bərdə şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi – bədii kompozisiya təqdim edilmişdir.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...