XAÇMAZDA XOCALI FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRİ KEÇİRİLİB
Xaçmaz Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov çıxış edərək, keçən əsrin sonlarında ən dəhşətli üsullarla törədilmiş faciələrdən biri kimi tarixə düşən Xocalı faciəsi barədə danışıb. H.Həsənov onu da bildirib ki, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinə siyasi-hüququ qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu gün dünya ictimaiyyəti Xocalı faciəsini yad edərək Azərbaycanla həmrəy olduğunu bildirir, mənfur ermənilərin törətdikləri bədnam əməllərini pisləyirlər.
Tədbirinin sonunda Şabran teatrının aktyorları tərəfindən anım mərasiminin iştirakçılarına Xocalı faciəsinə həsr olunmuş səhnəciklər nümayiş etdirilib və şeirlər səsləndirilib.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...