SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » XALQ BU UĞURLARIN DAVAMLI OLACAĞINA İNANIR

XALQ BU UĞURLARIN DAVAMLI OLACAĞINA İNANIR

Tarix:

3-05-2018, 17:14

/ 3 589 dəfə oxundu.
XALQ BU UĞURLARIN DAVAMLI OLACAĞINA İNANIR

Aprelin 11-də keçirilən Prezident seçkilərində xalqımız yenidən ölkəmizi sülhə, sabitliyə, inkişafa, tərəqqiyə aparan uğurlu siyasəti davam və inkişaf etdirən möhtərəm dövlət başçımız cənab İlham Əliyevə səs verdi.
Bu münasibətlə Quba RPŞ-də keçirilən tədbirdə rəis, polis polkovniki Süleyman Neymətov azad, şəffaf, demokratik şəraitdə keçirilən prezident seçkilərində xalqımızın yekdilliklə dəstəklədiyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə səs verməklə xalqımızın həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etdiyini deyib.
Ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına göstərilən etimaddan danışan polis polkovniki S.Neymətov aprelin 26-da DİN-də keçirilən dövlət başçımızın andiçmə mərasimindəki nitqindən irəli gələn və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı əməliyyat müşavirəsində toxunulan məsələlərin icrası şəxsi heyətin diqqətinə çatdırılıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları da bu qayğıdan ruhlandığlarını və qarşılarında olan tapşırıqların öhdəsindən layiqincə gələcəklərini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini əks etdirən videoçarx nümayiş etdirilib.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru
polis leytenantı

Şərhlər

XƏBƏR LENTİ