XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » “Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir

“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir

“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir
28-03-2018, 14:24

1994-cü ildə Ağdamda şəhid olan Qarayev Rafiq Sədiyar oğlunun Göyçayda yaşayan ailəsi evsizlikdən şikayətçidir.

Şəhidin bacısı 46 yaşlı Aygün Qarayeva “Qafqazinfo”ya bildirib ki, anası, qardaşı və ailəsi ilə birlikdə çətin vəziyyətdə yaşayır:

“Anam uzun zamandır ağır xəstədir, yeriyə bilmir. Qardaşımın şəhid olduğuna görə aldığımız pul ancaq iynə-dərmana çatır. Hazırda bir otaqlı evdə 7 nəfər yaşayırıq. Səhhətim normal olanda anama baxa bilirdim. İndi də onkoloji xəstəliyə görə kömək edə bilmirəm. Hələ ailədə autizmli xəstəmiz də var. Evimiz bərbad vəziyyətdədir. Vəziyyətimizlə bağlı bir çox yerlərə məktub yazmışıq”.
Şəhid bacısı deyir ki, ev üçün siyahıya düşsələr də, neçə ildir növbədədirlər:

“Göyçay İcra Hakimiyyətindən gəlib evə baxıblar, sənədlərimizi alıb bizi siyahıya saldılar. Hələ ki, heç bir xəbər yoxdur. Dəfələrlə şikayət etdim. Dedilər, gözləyin tikilsin. Evimizin də şəraitsizliyi bizi lap xəstə edib”.
“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir
“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir
“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir
“Bir otaqlı evdə 7 nəfər yaşayırıq” - Şəhid ailəsi şikayətçidir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.