XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Sabirabadda qazı kəsdilər – Sakinlər etiraz edir

Sabirabadda qazı kəsdilər – Sakinlər etiraz edir

Sabirabadda qazı kəsdilər – Sakinlər etiraz edir
30-01-2018, 10:18

Sabirabad rayonunda yanar qaz əhaliyə fasilələrlə verilir.

Sabirabad sakinlərinin “Basta” ya verdiyi məlumata görə, artıq 2 saatdan çoxdur ki, rayonda yanar qazın əhaliyə verilməsi dayandırılıb.

Qış günü, gecə vaxtında qazın kəsilməsi soyuqdan əziyyət çəkən sakinlərin sosial şəbəkələrdə rayon rəhbərliyinə qəzəblərini bildirməsinə səbəb olub.

İcra başçısının bundan sonra istefasının qaçınılmaz olduğunu bildirən sakinlər, başçını sakinlərin taleyinə biganəlikdə ittiham ediblər.

Bastainfo.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.