Bu qəsəbədə üç gündür qaz yoxdur
Abşeron rayon Məhəmmədi qəsəbəsində 3 gündür ki, qazın təziqi çox aşağıdır.
Bu haqda müraciət edən qəsəbə sakinləri bildiriblər ki, soyuq havalarda təzyiqin aşağı olması səbəbindən kombilər işə düşmür və artıq üçüncü gündür soyuq havada əziyyət çəkirlər. Sakinlər məsələ ilə bağlı “Azəriqaz”ın “qaynar xətt”inə dəfələrlə müraciət etsələr də problemin səbəbi izah olunmayıb. Hazırda da qazın təzyiqinin aşağı olduğunu bildirən sakinlər aidiyyatı qurumun məsələyə biganə yanaşdığını qeyd ediblər.
“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O isə bildirib ki, hazırda ölkənin heç bir yerində qazın verilməsində fasilə yoxdur: “Ola bilməz ki, harasa 3 gün qaz gəlməsin. Bu kimi hallarda sakinlər fərdi şəkildə “Azəriqaz”la əlaqə saxlasınlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək