XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xırdalan sakinləri soyuqdan donur... - "Azəriqaz" isə...

Xırdalan sakinləri soyuqdan donur... - "Azəriqaz" isə...

Xırdalan sakinləri soyuqdan donur... - "Azəriqaz" isə...
20-11-2017, 11:02

Redaksiyamıza müraciət edən Xırdalan sakinləri yaşadıqları ünvanlara hal-hazırda təbii qazın verilməsində ciddi problemlərin olduğunu deyirlər. Sakinlər bildirir ki, dünəndən etibarən Xırdalan ərazisindəki binaların əksəriyyətində təbii qaz təminatı demək olar ki, dayandırılıb.

Sakinlər bildirir: ""Azəriqaz"a müraciətlərimiz nəticəsiz qalıb. Qurumun "qaynar xətti" də zənglərə cavab vermir. Bilmirik hara şikayət edək. Evlərimiz buzxanadır. Belə davam edəcəksə, soyuqdan dona bilərik".

Onu da bildirək ki, məsələ ilə bağlı "Azəriqaz"dan münasibəöt öyrənməyə çalışsaq da, kimsə bu barədə danışmaq istəmədi və qurumun "qaynar xətti"ndən də bildirdilər ki, ərazidə təbii qaz var, Sadəcə olaraq təzyiq aşağı olduğundan bəzi ünvanlarda problem yaranıb. Problemin nə zamana qədər davam edəcəyi və hansı səbəbdən qazın təzyiqinin aşağı salındığı haqda suallarımız isə cavabsız qaldı.

Yenə də bu sualların cavablarını dinləmək üçün "Azəriqaz"ın mövqeyini işıqlandırmağa hazırıq.

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.