SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hesablama Palatası İsmayıllı “şah”ının korrupsiyanı faş etdi

Hesablama Palatası İsmayıllı “şah”ının korrupsiyanı faş etdi

Tarix:

13-10-2017, 09:40

/ 5 061 dəfə oxundu.
Hesablama Palatası İsmayıllı “şah”ının korrupsiyanı faş etdi

Hesablama Palatası növbəti Kollegiya iclası keçirib
İclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi müzakirə olunub.
Məlumata görə, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Gələn məlumatlara görə, Hesablama Palatası İsmayıllı RİH-də korrupsiya faktları aşkarlayıb. Büdcə vəsaitlərinin xərclənməsində yol verilən yeyintilər və mənimsəmələr Milli Məclisə çatdırılıb.
İxtisasca iqtisadiyyatçı olan İsmayıllının icra başçısı Mirdaməd Sadıqov maliyyə əməliyyatlarında peşəkar olsa da, Palatanı aldatmaq mümkün olmayıb.
Onun adı milyon manat qalmaqallarında, rüşvətxorluqda, özbaşınalıqda, brilyant biznesində hallanır. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib.
Amma qısa müddət sonra yeni gələn bütün başçılar kimi, qolunu çirməyib, rüşvət yığımına başlayıb.
Mətbuatada yayılmış rəqəmlərə istinadən xəbər verir ki, İsmayıllının icra başçısı Mirdamət Sadıqov bu vəzifəyə qədər rektoru olduğu Dövlət Aqrar Universitetində qazandığı “aqrar təcrübə”ni rəhbəri olduğu rayonda tətbiq etməyə başlayıb.
Amma bu, ona baha başa gəlib. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib.
Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb.
Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib.
Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıb.
Nazirlik əsasən rayonun Qubaxəlilli, Ruşan, Qalagah, Qoşakənd, Tircan, Hacıhətəmli, Kəlbənd, həmçinin İsmayıllı şəhər İnzibati nümayəndəliyinin hesabında yer alan rəqəmlərin ciddi şəkildə saxtalaşdırılmasını aşkarlayıb.
Bundan əlavə, smayıllıda istifadəyə verilmiş “İsma Bikes” velosiped zavodu hələ də işləmir. Məlumata görə, müəssisənin vaxtaşırı qapıları açılır və bağlanır.
Zavodun fəaliyyətsizliyi bir neçə dəfə İsmayıllı Rayon İcra Hakimiyyəti və zavod tərəfindən təkzib olunsa da, faktiki olaraq “İsma Bikes” işləmir.
Bakıda brend mağazalarda Almaniya və Fransa velosipedləri, yol kənarlarında isə Çin istehsalı olan velosipedlər satılır. “İSMA BİKES”in məhsulları paytaxtda gözə görünmür.
Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirilmişdi.
Qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Amma nə zavod fəaliyyət göstərir, nə işçiləri gündəlik işə gəlib-gedir.
Bunun səbəbi bilinməsə də, iddialara görə yüksək çinli bir general zavodun işə düşməsinə imkan vermir.
Hətta İsmayıllının icra başçısı Mirdaməd Sadıqov da məsələyə müdaxilə etmək iqtidarında deyil. İcra başçısı işin arxasında nələrin olduğunu bildiyi üçün yaxasını kənara çəkməli olub.

Şərhlər

XƏBƏR LENTİ