Hesablama Palatası Mikayıl Cabbarovun fəaliyyətini TƏFTİŞ ETDİ
Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib.
Palataya istinadən xəbər veririk ki, iclasda dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə dair və ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək