XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hesablamalar Palatası “Azərsu” və ƏSF-da yoxlama aparıb

Hesablamalar Palatası “Azərsu” və ƏSF-da yoxlama aparıb

Hesablamalar Palatası “Azərsu” və ƏSF-da yoxlama aparıb
20-02-2018, 11:09

Bu gün Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Qurumun rəsmi saytına istinadən xəbər veririk ki, iclasda "Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan "Gəncəbank”, "Parabank”, "Bank Technique” və "RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Bu gün Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda "Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan "Gəncəbank”, "Parabank”, "Bank Technique” və "RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.