SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 15 dekabrda PA-ya dosyesi gedəcək başçı: Məhərrəm Quliyev təftiş edilir

15 dekabrda PA-ya dosyesi gedəcək başçı: Məhərrəm Quliyev təftiş edilir

Tarix:

24-07-2017, 09:35

/ 61 435 dəfə oxundu.
15 dekabrda PA-ya dosyesi gedəcək başçı: Məhərrəm Quliyev təftiş edilir

Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışmışdı
Ölkə başçısı bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırlatmışdı:
Sitat: “Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır.
Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayona nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən, bu göstəriciyə görə qiymət veriləcək”.
Əldə etdiyimiz məlumatlarda deyilir ki, ilin sonuna yaxın icra hakimlərinin bəziləri ilə bağlı qərar veriləcək. Onların xalqla işləməsi, investorları cəlb etmək siyasətinə baxılacaq.
Deyilənə görə, hazırda Ağstafanın icra hakimi Məhərrəm Quliyevdən çox ciddi narazılıq var.
Onun nə əhal ilə işlədiyini görən var, nə də sahibkarlara şərait yaradır, xaricdən nə də investor cəlb edir. Hazırda Ağstafanın icra hakiminin təftiş olunduğu iddia edilir.
Prezidentin çıxışından gəlinən ehtimal bu idi ki, fəaliyyətlərində ciddi araşdırmalar aparılacaq bir sıra icra başçısı ilin sonunadək öz postunu itirəcək.
Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyinin icra hakimiyyətləri başçılarının fəaliyyətlərinin araşdırılması işinə cəlb edilmələri də bu ehtimalı artırır.
Monitorinqlərdən bir sıra icra başçısının öz yerini itirəcəyini indidən demək mümkündür.
Hesab olunur ki, “təmizləmə əməliyyatları”nda il ərzində müvafiq qurumlara barələrində ən çox şikayət olunan, qeyri-etik hərəkətləri ilə tez-tez gündəmə gələn icra başçılarına daha çox üstünlük veriləcək.
Ağstafa rayonunda heç bir inkişaf getmir. Rayon camaatı icra başçısından çox narazıdır. Tovuz, Qazax, Şəmkirlə müqayisədə qonşularından geri qalan Ağstafada inkişafı tormozlayan məmurlar və icra başçısı olduğu deyilir.
Ağstafada yerli məmurlarla əhali arasında ciddi problemlər baş qaldırmağa başlayıb. İcra başçısı Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyinin əziyyətini çəkən əhali artıq torpaq, su və əkinçilik problemləri yaşamaqla yanaşı, məmurların özbaşınalığını da «dadırlar».
Verilən məlumata görə, Məhərrəm Quliyev açıq-aşkar pul qazanmaq üçün rayonda atmadığı addım qalmayıb.
Onun sovet dövründən qalma obyektləri bir-bir ələ keçirdiyi, bəzilərini çay evlərinə, bəzilərini isə restorana çevirən icra başçısı bununla böyük pullar qazanmağa çalışır.
Məlumatlarda deyilir ki, Ağstafanın icra başçısı indi də Kür qırağındakı ərazilərə göz dikərək, orada özünə böyük bir restoran tikdirməyə çalışır.
Bununla əlaqədar olaraq, Quliyevin artıq yer axtarışına başladığı və əlverişli məkan üçün diqqət yetirdiyi vurğulanır. Rayonun icra başçısı uyğun yer tapan kimi, orada böyük restoran inşa etdirib, bütün məmurları oraya cəlb edəcək.
Maraqlı məqamlardan biri də odur ki, Məhərrəm Quliyev rayonun mərkəzində özünə çay evi açdırıb.
Gününün yarısını orada keçirən icra başçısı göstəriş verib ki, bütün məmurlar da vaxtlarını məhz həmin çay evində keçirməlidirlər.
Əgər bir icra nümayəndəsi cəsarət edib rayon mərkəzindəki başqa bir çayxanaya və ya çay evinə getsə, onu ağır cəzalar gözləyir.
Maraqlıdır ki, Ağstafanın icra başçısı Məhərrəm Quliyev rayonu idarə etmək əvəzinə, bütün gücünü obyektlərinin dirçəldilməsinə vurub.
Kənardan baxanlarda da belə bir təəssürat yaranır ki, o icra başçısından çox, çayxana sahibi kimi davranır.

Şərhlər

XƏBƏR LENTİ