SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident müşavirədə birinci rübə yekun vurdu

Prezident müşavirədə birinci rübə yekun vurdu

Tarix:

14-04-2022, 17:00

/ 344 dəfə oxundu.
Prezident müşavirədə birinci rübə yekun vurdu

 
Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçi Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasətinin nəticəsidir.
Məhz Prezident İlham Əliyevin müdrik sərkərdəliyinin nəticəsidir ki, Azərbaycan ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. 
Prezident İlham Əliyev 12 aprel 2022-ci il tarixində  bu ilin  birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın qazandığı  uğurlarından, postmünaqişə dövründə bütün vəzifələrin öhdəsindən gəldiyimizi, 44 gün ərzində Vətən müharibəsində Zəfərimiz ilə qazandığımız, işğaldan azad etdiyimiz  torpaqlarımızda yenidən qurulması layihələrin hazırlanması, şəhərlər, kəndlər və qəsəbələrin bərpa edilməsi haqqında danışmışdır. Ölkə başçısı müşavirədəki çıxışında bildirmişdir:  “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur”.
"Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır", - dövlət başçısı vurğulamışdır.
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə buradan didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün bütün zəruri tədbirlər həyata keçirilir, burada tam yeni, müasir infrastruktur yaradılır. Prezidentimizin də qeyd etdiyi kimi artıq bu il köçkünlərin bu ərazilərinə qaydışına başlanacaq və yaxın gələcəkdə Qarabağ, işğaldan azad olunan bütün ərazilər dirçəlməyə, inkişaf etməyə başlayacaqdır.
Vətən müharibəsinidən ötən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqi, nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
 
 
Aynur Xəlilova - publisist

Şərhlər

XƏBƏR LENTİ