Moldova portalı: "Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb"
Bu gün Azərbaycan tarixinin ən yaxşı dövrünü yaşayır və Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Bütün bu böyük uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanılıb.
Bu fikirlər Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında dərc olunmuş məqalədə yer alıb.
Müəllifi ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov olan yazıda qeyd edilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində bölgədə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü və nüfuzlu ölkəyə çevrilib, orada hakimiyyət-xalq birliyi mövcuddur.
“Bütün bunlar Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və qazanılan şanlı Qələbə tarixdə əbədi qalacaq. Müharibə nəticəsində işğaldan azad olunan ərazilər nəinki yenidən qurulur və bərpa edilir, orada iqtisadiyyat da inkişaf etdirilir, tamamilə yeni sistem qurulur, sosial əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”, - deyə Qüdsi Osmanov bildirib.
Səfir, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən, ölkəmizin iqtisadi və hərbi sahələrdə uğurlarından ətraflı bəhs edib

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır